Gənclər və idman nazirinin səlahiyyətlərini müvəqqəti İntiqam Babayev icra edir

Gənclər və idman nazirinin səlahiyyətlərini müvəqqəti İntiqam Babayev icra edir
 

Xəbər verdiyimiz kimi, gənclər və idman naziri  Azad Rəhimov 57 yaşında ABŞ-da müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Azad Rəhimovun səlahiyyətlərini nazir müavini İntiqam Babayev əvəz edir.

İntiqam Babayev kimdir?

Babayev İntiqam Vaqif oğlu 22 iyun1974-cü ildə Bakı şəhərində anadan olub.

1991-ci ildə 247 saylı orta məktəbi bitirmişdir.

1991-1996-cı illərdə Bakı Dövlət Universitetdə ali təhsil almış, tarix fakültəsinin məzunu olmuşdur.

1997-2001-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almış, İnzabati idarəetmə fakültəsinin məzunu olmuşdur.

Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi kimi başlamışdır.

1998-1999-cu illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri,

1999 – 2000 ildə Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2000-ci ildən etibarən Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

İctimai fəaliyyət:
1991 – 1994 Tarixçi - tələbələrin Elmi Cəmiyyətinin İdarə Heyətinin üzvü
1994 – 1998 Bakı Gənclər Klubunun prezidenti
1995 – 1998 Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
Ailəlidir, 2 övladı var.

Azərbaycan Respublikası Prezidentinin 2 mart 2015-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 24 iyul 2019-cu il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

0.014770984649658