Evi su içində qalan Gəncə sakini icra başçısının qəbuluna düşə bilmir - VİDEO

Evi su içində qalan Gəncə sakini icra başçısının qəbuluna düşə bilmir - VİDEO
 

Yağış suları nəticəsində evini su basan Gəncə şəhər Məhsəti qəsəbəsinin sakini bildirir ki, icra başçısının qəbuluna düşə bilmir.

Bu barədə Yeniavaz.com-a məlumat verən Rəxşəndə xanım iddia edir ki, əvvəlcə bu hala çarə üçün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığı ilə onların yaşadığı 8-ci küçəyə kanalizasiya boruları çəkilib:

"Lakin sonradan icra hakimiyyətinin səlahiyyətli şəxslərindən birinin göstərişi ilə kanalizasiya boruları bağlanıldı və deyildi ki, bu, qanunsuz çəkilib. İndi biz başa düşə bilmirik ki, icra başçısı Niyazi Bayramovun göstərişi ilə çəkilmiş boruları niyə bağlayıblar. Bununla bağlı başçının qəbuluna düşmək istəsək də, bizə deyirlər ki, başçı qəbulları dayandırıb".

Qəsəbə sakini evinə yağış sularının dolmasını əks etdirən kadrları da redaksiyamıza təqdim edib.

0.03101921081543