Peykimizdən nə qədər pul qazana bilirik? – RƏQƏMLƏR

Peykimizdən nə qədər pul qazana bilirik? – RƏQƏMLƏR
 

Bu ilin yanvar-mart aylarıda “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. Yanvar-mart aylarında “Azərkosmos” ASC 11,58 milyon dolları dəyərində xidmət ixrac edib.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, “Azərkosmos” ASC-nin xidmət ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında dan əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 11,3% və ya 1,18 milyon dollar artıb.

Müqayisə üçün son 3 ilin yanvar-mart aylarında "Azərkosmos” ASC-nin xidmət ixracının dəyərini təqdim edirik:

 

2019-cu il

2020-ci il

2021-ci il

Yanvar

1,1 milyon $

1,84 milyon $

1,98 milyon $

Fevral

0,9 milyon $

6,56 milyon $

6,52 milyon $

Mart

5,6 milyon $

2 milyon $

3,08 milyon $

CƏMİ

7,6  milyon $

10,4 milyon $

11,58 milyon $

Onu da xatırladaq ki, bu ilin yanvarın 26-dan “Azərkosmos” səhmdar cəmiyyətinə rəhbərlik sədr müavini Rövşən Rüstəmova həvalə edilib.

Rövşən Rüstəmov 2003-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə magistr dərəcəsi alıb, 2009-cu ildən iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

R.Rüstəmov əmək fəaliyyətinə 2002-ci ildə iqtisadiyyat sahəsi üzrə jurnalist kimi başlayıb, 2004-2012-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-də Əməliyyatlar şöbəsinin rəisi, Biznesin inkişafı şöbəsinin rəis müavini, 2012-2014-cü illərdə “Azərkosmos”da korporativ idarəetmə üzrə menecer, 2014-cü ildən bu günə qədər isə qurumun sədr müavini işləyib.

0.017588138580322