Gənclər və İdman naziri Azad Rəhimov vəfat edib?

Gənclər və İdman naziri Azad Rəhimov vəfat edib?
 

ABŞ-da müalicə alan Gənclər və İdman naziri Azad Rəhimovun vəfat etməsi ilə bağlı xəbər yayılıb. Unikal.org-a istinadən xəbər verir ki, nazir müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Paralel.az xəbər verir ki, qafqazinfo.az məlumatı dəqiqləşdirmək üçün nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxlayıb. O bildirib ki, nazirin vəfat etdiyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Lakin hazırda A. Rəhimovun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunur. Nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanıb. O, 8 aydır ki, səlahiyyətlərini yerinə yetirə bilmir.

0.023958921432495