Mövlam Şıxəliyevin "qurbanlar ordusu" üzləşdikləri dəhşətləri cəmiyyətlə bölüşəcəkmi?
Bəzi məmurlar var ki, onlar nəinki korrupsiya çamuruna bulaşmaqla dövlət əmlakını amansızcasına talayıblar, eyni zamanda ayrı-ayrı vətəndaşlara qarşı aşkar quldurluqla məşğul olublar və onların törətdikləri silsilə cinayətlər gerçəkdən də dövlətin təhlükəsizliyini aşkar şəkildə təhdid edib.
Bu baxımdan həmin mütəşəkkil cinayətkar dəstəyə qarşı məhz Dövlət Təhlükəsizliyi Xidmətinin ifşa edici əməliyyatlar keçirməsi təkcə anlaşılan deyil, həm də alqışlanası bir fəliyyətidir.
Fəaliyyəti dayandırılmış MTN-nin istintaq idarəsinin 2008-2016-ci illərdə rəisi olmuş general Mövlam Şıxəliyevin aprelin ilk günlərində qandallanaraq həbsxanaya atılması heç şübhəsiz haqqı pozulmuş yüzlərlə insanın sevincinə səbəb oldu. Çünki M. Şıxəliyev Eldar Mahmudovun cinayətkar şəbəkəsinin əsas fiqurantlarından biri kimi 2008-ci ildən 2015-ci ilədək 7 il ərzində bəlkə də 7 min cinayətin sifarişçisi və ya icraçısı olub.
Məhz onun cinayətkar əməlləri nəticəsində minlərlə ailəyə bədbəxtlik gətirilib, insanları şantaj etməklə onların var-dövləti talanıb, fiziki və mənəvi-psixoloji işgəncələrlə müşayət olunan total cinayətlər seriyası eyni zamanda dövlətin iqtisadi dayaqlarını sarsıdıb. Məhz bu üzdən yüzlərlə nüfuzlu iş adamı və sahibkar təkcə müflis edilməyib, onlar bərpaolunmayan ağır xəstəliklərə düçar ediliblər, bir çox adam aldığı mənəvi=psixoloji travmalara tab gətirə bilməyərək dünyasını dəyişib.
Bəlli olub ki M. Şıxəliyev əsas işi milli təhlükəsizliyimizin qayğısına qalmaq əvəzinə ölkədə az-çox uğurlu sahibkarlıq fəaliyyəti qura bilmiş iş adamlarının müəyyənləşdirilərək min bir hiylə ilə soğan kimi soyulmasını, buna müqavimət göstərildiyi halda ən ağılasığmaz cinayətlərlə ittiham edilərək həbs edilməsini təşkil etmək və həyata keçirmək olub. İstədiyini əldə etdikdən sonta sanki heç nə baş verməyibmiş kimi cəmisi 1 ay əvvəl çoxsaylı cinayət əməlləri ilə ittiham olunaraq məhkəmələrdən həbs "xeyir-dua"sı alan MTN-şiklərinin həmin təqsirləndirilən şəxsi açıb buraxmaları adi hala çevrilib.
Əlindəki intəhasız vəzifə səlahiyyətlərindən və hər yerə burun soxmaq üçün imkanı olmasından suai istifadə edən M. Şıxəliyevin əlində ölkədə kimlərin hansı daşınar daşınmaz əmlaklara sahib olmaları, eyni zamanda kimlərin bank hesablarında nə qədər əmanətlərinin olması haqqında hazır siyahılar olub. Həmin siyahılar bir-bir incələnərək insanlara sözün həqiqi mənasında divan tutulub. Nəticədə bank sektoruna vurulmuş sarsıdıcı zərbədən sonra xeyli bank fəaliyyətini dayandırmaq zorunda qalıb və xeyli sayda bank mütəxxəsisi bu "Səlib yürüşü"ndən nəsibini alıb.
Qeyd edək ki, Eldar Mahmudov və Mövlam Şıxəliyevin cinayətkar şəbəkəsindən zərərçəkmişlərinin bir qismi tərəfindən Moderator.az-a artıq müraciətlər daxil olmağa başlayıb. Həmin insanların başına gətirilənləri dinlədikcə və yazılanları oxuyanda adamı dəhşət bürüyür. Appaçıq görsənir ki, bu adamların əsas niyyəti dövlətin iqtisadi dayanıqlığnı sarsıtmaqla zəif salmaq və bundan sonra onu ilk fürsətdəcə asanlıqla ələ keçirmək olub. Yeri gəlmişkən, qanqster filmləri çəkmək istəyən yerli və xarici rejissorlar üçün M. Şıxəliyevin təşkilatçısı və ya icraçısı olduğu onlarla dəhşətli cinayət dosyesi vazkeçilməz ssenarilər ola bilər.
Qeyd edək ki, Eldar Mahmudovun hələ də azadlıqda olması çoxsaylı suallar yaratsa da onun əsas adamlarından birinin həbsxanaya atılması belə bir əminlik yaradıb ki, keçmiş MTN şefi üçün də bütün yollar geci-tezi Kürdəxanıya aparır. Əminliklə bildirmək olar ki, hüquq mühafizə orqanlarında E. Mahmudovun cinayətkar əməlləri haqqında qoltuğa sığmayan qalın qovluqlar artıq ali rəhbərdən siqnal gözləyir.
Əslində bu şəbəkənin ifşa olunması üçün 6 il əvvəl, Eldar Mahmudov işdən qovulduğu zaman düyməyə basılmışdı. Ləğv edilmiş MilliTehlükesizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qulluq səlahiyyətlərinden sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, əməliyyat axtarış fəaliyyəti haqqinda qanunvericiliyini pozma, külli miqdarda rüşvət alma, quldurluq, hədə-qorxu ilə tələb etmə və sair cinayətlərin törədilmasi faktlarına görə 07 oktyabr 2015-ci ildə sabiq baş prokuror Zakir Qaralov trəfindən Azarbaycan Respublikası CM-in 302.2 ve 309.1-ci maddalari ilə cinayət işi başlanılmışdı.
İndi isə - yəni aprelin 3-də Mövlam Şıxəliyevin həbsxanaya göndərilməsindən sonra həmin cinayat işi üzrə ibtidai istintaq müddəti baş prokuror Kamran Əliyev terafindan 17 noyabr 2021-ci il tarixedek uzadılıb. Gözləmək olar ki, M. Şıxəliyevin əməllərindən zərərçəkmişlər ordusu təkcə istintaqla deyil, media cameəsi ilə də əməkdaşlıq edərək başlarına gətirilənlərin ictimaiyyətə açıqlanmasına yardımçı olacaqlar. Bu, həmin cinayətkər şəbəkənin tamamilə ifşa edilməsi və başqalarına da görək olması üçün bir fürsət ola bilər...
//Mənbə moderator.az//