ORUC UCA ALLAHIN TƏRBİYƏ PROQRAMIDIR

ORUC UCA ALLAHIN TƏRBİYƏ PROQRAMIDIR
 

QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ

(əvvəli ötən sayımızda)

- oruc proqramında MƏDƏNİ AC SAXLAMAQ var, insan ilahi rizanı qazanmaq üçün bir ay bəlli vaxtda ac qalır, uca Allahın Ramazan ayında ac qal əmrinin bərəkətini elə bu aydaca hiss etməyə başlayır, belə ki nəfsin əli, qolu bağlanır, ruhun qanadları açılır, insan azadlığın ətrini hiss edir, hüzura qovuşur;

- oruc proqramında MƏR-HƏMƏT var, ac qalan insan aclığı ac olanları anlayır, onları düşünür, yardıma yönəlir, başqalarının acısını hiss etdiyimiz qədər insanıq;

- oruc proqramında İMAN var, Ramazan ayı imanı gücləndirmə ayıdır;

- oruc proqramı İLLİK HESABAT ayıdır, öncə yaşadığımız ilin hesabını düşünür, sora da yaşayacağımız ilin planlarını qurarıq;

- oruc proqramında İRADƏ var, biz şüurlu olaraq Ramazan ayında bir ay ac qalmağı seçirik, seçimimizin haqqını veririk, nəticədə, seçim əzmimizin mükafatına qovuşuruq;

- oruc proqramında SƏBİR var, səbir dirənişdir, iman, ağıl iradə ilə sıx bağı olan anlayışdır, həqiqət uğrunda mübarizədə dirən, ey insan;

- oruc proqramında RƏHMƏT var, şüurlu biçimdə, mədəsi, ağlı, vicdanı, iradəsi, qəlbi, əməli ilə oruc tutan insan Ramazan ayında ilahi rəhməti bütün varlığı ilə hiss edir, bu rəhmətin bərəkəti ilə özü mərhəmətli olur;

- oruc proqramında BƏRƏKƏT var, Ramazan ayı ağlımızın, vicdan, qəlb iradəmizin ilahi ruzilərlə ən çox doyduğu aydır;

- oruc proqramında ZƏKAT var, doğrudur, zəkat sadəcə Ramazan ayına aid bir ibadət deyil, ancaq müsəlmanlar zəkatlarını daha çox Ramazan ayında verirlər. Zəkat ehtiyac sahibi olan insanların zəngin insanların sərvəti üzərindəki haqqıdır. Zəkat ibadəti insanın sərvət təsəvvürünü ilahi ölçülərlə işa edir: ruzinin sahibi ər-Rəzzaq olan Allahdır, çalış, halalından qazan, halal işlərə xərclə, ehtiyacın qədər istifadə et, paylaş, ehtiyac sahiblərin sərvətin üzərində haqqı olduğunu unutma, sərvətini axirət azuqəsinə çevir, bunun üçün sərvətinlə xeyiri çoxalt;

- oruc proqramında İNFAQ varinfaq uca Allah rizası üçün verməkdir, sərvəti paylaşmaqdır. Qurani-Kərimdə üç şey uca Allah yolunda deyilərək əmr edilir: cihad, hicrət, infaq. İnfaq yarar (xeyir) verən bir şeyi ona möhtac biri ilə qarşılıq gözləmədən paylaşmaqdır. İnfaq sadəcə sərvətlə gerçəkləşən bir ibadət deyil, elm öyrətmək, sevgi, şəfqət, mərhəmət infaqdır. İslam deyir ki, yoxsulun, yetimin, əsirin dini, milliyyəti, cinsi soruşulmaz, insan olduğuna görə yardım edilər. İnfaq etmək mömini münafiqdən ayıran əlamətdir, xas qulların işidir, canını vermək infaqın zirvəsidir, infaq sağlam cəmiyyətin zəmanətidir, malı, elmi, əməyi, sevgini paylaşmaqdır, uca Allahın verdiyindən verməkdir. İnfaq imanın meyvəsidir, gözəl əxlaqdır, axirət azuqəsidir, islam mədəniyyətinin ruhudur, sosial bağdır. İnfaqın zamanı, həcmi, miqdarı yoxdur;

- oruc proqramında ÜMMƏT ŞÜURU varbütün müsəlmanlar eyni ayda, eyni məqsədlə oruc tutur, eyni duyğuları paylaşırlar, oruc bizi qardaşlığa, birliyə, ümmət olmağa, insanlığın ortaq dəyərlərini paylaşmağa yönəldir;

- oruc proqramında HAQQA DƏVƏT var, bir çox insan məhz Ramazan ayında tövbə edir, uca Allaha yönəlir, insanların ağlı, qəlbi, vicdanı bu dönəmdə dəvətə daha açıq olur;

- oruc proqramında BARIŞ, HÜZUR var, deyə bilərik ki, müsəlman ölkələrində cinayətlərin ən az olduğu ay Ramazandır, Ramazan ayı yaxşı olana təşviq, pis olandan çəkindirmə ibadətinin zirvə nöqtəsidir;

- oruc proqramında SOSİAL ƏLAQƏLƏRİ ARTIRMA, DƏRD-LƏŞMƏ, ANLAMA, ANLAŞMA var, anlamaq dəyər verməkdir, anlayan insan olar, göz yaşlarını silər, məzlumların əlindən tutar, anladığı qədər dəyər verər;

- oruc adlı tərbiyə proqramında TƏRAVİH NAMAZI var, müsəlmanlar ancaq Ramazan ayında təravih namazı qılarlar, bu namaz orucun bərəkətini artırar;

- oruc proqramında ETİKAF İBADƏTİ varetikaf Ramazan ayının son on günündə (on gün olması şərt deyil) zəruri ehtiyaclar istisna bütün dünyəvi əlaqələri kəsib var gücü ilə uca Allaha yönəlməkdir, dərin təfəkkür imkanıdır, bütün varlığı ilə uca Allaha təslim olma halının gerçəkləşdiyi zaman dilimidir;

- oruc proqramında min aydan daha xeyirli QƏDİR GECƏSİ varQədir gecəsi Qurani-Kərimin nazil olmağa başladığı gecədir, qədir, qiymət, dəyər gecəsidir, mesajı var: Qurani-Kərim nazil olduğu gecəni başqa gecələrdən seçir, ona dəyər qazandırır, bərəkətini artırır, ona özəl yer ayırır (Qədir surəsi var), yəni, ey insan, Qurani-Kərim sənin ağlına, qəlbinə, vicdanına, iradənə nazil olsa, Onu anlasan, Onun dəyərlərini həyatına daşısan, uca Allahın çox dəyərli qulu olacaq, iki dünyanın səadətinə qovuşacaqsan. Qurani-Kərim sözlərin soltanıdır, nazil olmağa başladığı gecəni Qədir gecəsinə - nurlu gecəyə, nazil olduğu ayı ayların soltanına çevirib, nazil olduğu insanı da mömin edər, onu tövhidə, ədalətə, barışa, mərhəmətə bağlayar;

- oruc proqramında BAYRAM var, bayram bizə sevinmə əxlaqını öyrədir, deyir ki, sevindir ki, sevinəsən, dəyər ver ki, dəyər qazanasan, paylaş ki, sevgi, xeyir, barış, mərhəmət çoxalsın, insanları sevindir ki, uca Allah da səni sevindirsin, yoxsulların mədəsini doyur ki, uca Allah da sənin ruhunu doyursun, bağlı qapıları ki, uca Allah da sənin ruhunun, ağlının, vicdanının, iradənin, cənnətin qapılarını açsın;

- oruc proqramı bir MÜƏL-LİMDİR, bizə uca Allahı, insanı, varlığı, imanı, tövhidi, ədaləti, barışı, mərhəməti, bu dünya axirəti öyrədir, ağıl, qəlb, vicdan iradəmizi inşa edir, bizi cəhalətin pəncəsindən qurtarır, deyir ki, ey insan, dəyərin uca Allaha təslim olduğun qədərdir, təslim ol ki, azad olasan, azad ol ki, insan olasan;

- oruc proqramı İLLİK MAYADIR, bir insan orucu onun haqqını verərək tutsa: ağlı ilə oruc tutsaağılın oruc tutması doğru düşünməsi, elm yeməsi, həqiqəti kəşf etməsi, həqiqətə təslim olmasıdır, qəlbi ilə oruc tutsaqəlbin orucu iman etməsidir, iman qəlbin doymasıdır, qəlbiman yeyəndəoruc tutur, vicdanı oruc tutsavicdanın orucu sevgi, mərhəmət, şəfqət yeməsidir, iradəsi oruc tutsairadənin orucu doğrunu seçməsidir, bədəni oruc tutsaorucluq dönəmində yeməsə, içməsə, cinsi münasibətdə olmasa, gözü oruc tutsaharama baxmasa, qulağı oruc tutsamənasız məqsədsiz sözlərə qulaq asmasa, dili oruc tutsaharam yeməsə, yalan danışmasabunlar orucu haqqını verərək tutmaqdır, bu biçimdə oruc tutmaq insanın illik mayası olur, bərəkəti il boyu davam edir, onu bütün pisliklərdən qoruyur, illik mayalaroruclar axirət azuqəsinə çevrilir;

- oruc bir İDARƏETMƏ PROQRAMIDIR, insana ağlını, qəlbini, vicdanını, iradəsini, duyğularını, nəfsini, sözünü, gözünü, qulağını, işini, evini, ailəsini, ölkəsini, işçilərini, tələbələrini ... idarə etməyi öyrədir, deyir ki, duyğularını ağlına, ağlını da vəhyə - uca Allaha bağla, ağlını, iradəni, vicdan qəlbini heç nəyə heç kimə kirayə vermə, idarə etməyi bilsən, azad, bilməsən, kölə olacaqsan;

- Ramazan ayında həm QURANİ-KƏRİM nazil olmağa başlamış, həm ALLAH RƏSULUNAson elçiyə elçilik vəzifəsi verilmişdir;

UCA ALLAH ayədə buyurur ki, oruc sizdən öncəkilərə olduğu kimi sizə yazıldı. Ayədəki sözlərin məna yüklərini bir-bir şərh edək: “ORUCsözü ərəbcə deyil, Qurani-Kərimin mətnində yoxdur, “orucsözü farscadır (İslam Azərbaycana Xorasan yolu ilə gəldiyindən Qurani-Kərimə aid bir sıra terminlər farslaşmışdır, məsələn: namaz, dəstəmaz, oruc...), “günanlamını daşıyanruzsözünəeşəkilçisi artırılaraqruzeqəlibi düzəldilmiş (“günlük”, “gün-gün tutulan”), sonraruzesözüoruze”, “orucbiçimində türkcələşmişdir. “Orucsözünün Qurani-Kərimdəki qarşılığıSAVMdır. Bu sözs-v-mkökündəndir, eyni kökdən olan sözlər Qurani-Kərimdə on dörd dəfə işlədilmişdir. İlahi mətndə orucla bağlı bu sözlərə yer verilmişdir:

- “təsumu”; (2/184)

- “yəsum”; (2/185)

- “siyam” / əs-siyam”; (2/183, 187, 196; 4/92; 5/89, 95; 58/4)

- “əs-saimin” / “əs-saimat”; (33/35)

- “savm”; (19/26)

SAVMsözü həmtutmaq”, həm tərk etməkmənalarını ifadə edir. Sözün kök mənası bunlardır: “yemək içməkdən kəsilmək”, “ağzı qapalı olmaq”, “içinə əlavə bir şey almamaq”. Bu söz mütləq bütün (tərkiblərdən ibarət olmayan bütün), əskiksiz tam mənasını daşıyan, uca Allahın sifəti olanəs-Səməd”, dəyəri sabit olduğu üçün qızıl mənası daşıyansamit”, sal qaya anlamını daşıyan səməd”, ağzı qapalı olduğu üçün susmaq mənasını daşıyansumm”, güc cazibə mərkəzi daşıyansamdsözləri ilə qohumdur. Mustafa İslamoğlu ORUC TUTMAQ anlayışına bu mənaları yükləmişdir: “... DilimizdəORUC TUTMAQdeyirik. Namazı qılırıq, dəstəmazı alırıq, zəkatı veririk, şəhadət kəlməsini gətiririk, həccə gedirik, orucu isə tuturuq. Dilimizdəkitutmasözü (ismi) oruc mənasındakısavmın tam qarşılığıdır, “oruc tutmaqifadəsini isətutmağı tutmaqkimi vermək olar. Oruc tutmaq hər şeydən öncə orucun tərəfini tutmaqdır, yəni mən orucun tərəfindəyəm deməkdir. Oruc tutmaq özünü tutmaqdır. Başımıza gəlirsə, özümüzü tutmamağımızdan gəlir. Günahların kökü qəzəbini tuta bilməməyə, nəfsini tuta bilməməyə, şəhvətini tuta bilməməyə, dilini tuta bilməməyə... bağlıdır. İnsan orucu qədər tutarsa, oruc da insanı o qədər tutar. Kim orucun başını dik tutarsa, oruc da onun başını dik tutar. Oruc onu qula qul olmaqdan qoruyan bir qalxan, qulu qul etməkdən qoruyan bir ağıl olar. Bu mənada oruc ac qalmaq deyil, bəslənməkdir. Ac qalan bədəndir, bunun anlamı odur ki, insanın bədəni ikinci dərəcəlidir. Birinci dərəcəli olan düşünən, xatırlayan, öyüd alan, inanan, dəyər ortaya qoyan, yaxşını pisdən ayıran yanıdır (tərəfidir). Qurani-Kərimin doğum ayı olan Ramazanın bədənin ac saxlanılaraq keçirilməsinin (ehya edilməsi, dirildilməsi) səbəbi budur. Məqsəd bədəni ac tutaraq möminin əqli ruhi qabiliyyətlərini hərəkətə keçirmək, təşviq etmək, bu yolla da anlama düşünmə imkanlarını artırmaqdır. Bu da Qurani-Kərimin daha dərindən anlaşılmasına səbəb olan vasitələrdən biridir. Belə ki vəhyi oxumağın mənası onu anlamaqdır. Bir şey anlaşılmamışdırsa, bu o deməkdir ki, o şey oxunmamışdır. Anlamaqdan məqsəd anladığını yaşamaqdır, insanın anlamadığını yaşaması imkansızdır. Elə bu səbəbə görə Ramazan ayı Qurani-Kərim ayıdır. Ramazan bizə Qurani-Kərimi gətirdiyi üçün Ramazandır. Ramazanlarımız Qurani-Kərimi oxuduğumuz, anladığımız, yaşadığımız, yaşatdığımız qədər mübarəkdirbərəkətlidir. Təbii ki, Qurani-Kərimlə münasibət (bağ, əlaqə) ancaq Ramazanla sınırlandırıla bilməz. Onsuz da Ramazan Qurani-Kərimin endiyi deyil, enməyə başladığı aydır... Ramazanın təsiri (vəhy kimi) sadəcə bir ayla məhdudlaşdırıla bilməz. Ramazanın məqsədi gətirdiyi məna iqlimini möminlərin bütün ömrünə yaymaq, onun ömrünü Ramazan qılmaqdır. Unudulmayacaq həqiqət budur: ömrü Ramazan olanın axirəti bayram olar. O bayram cənnətin özüdür. Ramazan orucunu bu anlayışla tutan birinə bu sözü söyləmə şüuru inşa edər: küfrə, şirkə, zülmə qarşı orucumu pozsam, kəffarətim cəhənəm olsun!”.

AYƏ buyurur ki, oruc sizdən ÖNCƏKİLƏRƏ yazıldı. Oruc bir ilahi tərbiyə proqramıdır, o, insanlıqla yaşıddır. Bu gün oruc tutan bir insan insanlıqla yaşıd olan bir oruc karvanına qoşulur. Anlaşılan odur ki, oruc ibadəti hz.Adəmdən başlayaraq bütün Elçilərə, onların ümmətlərinə fərz qılınmışdır, hz.Əli buyurur ki, oruc tutanların ilki hz.Adəmdir. Qeyd edək ki, ayədəkiÖNCƏLİKLƏRsözünü xristianlar, İsrail oğulları, Kitab əhli anlamında oxuyan alimlər var. Oruc ibadəti səmavi dinlərin ortaq nöqtələrindən biridir. Bu ibadət zaman-zaman təhrif olundu, bir biçimdə son Elçiyədək gəldi. Qurani-Kərim nazil oldu, oruc ibadətini təhriflərdən təmizlədi, onu fitrətinə qovuşdurdu, son biçimini verdi.

 (Ardı var...)

0.022874116897583