Sosial müdafiə və sosial ədalət

Sosial müdafiə və sosial ədalət
 

Səlim Müslümovun sosial müdafiə sistemi kökündən dəyişməlidir

Bu gün dünyanı çalxalamaqda davam edən koronavirus pandemiyası sadə vətəndaşların daha çox sosial müdafiəyə möhtac olduqlarını ortaya qoydu. Azərbaycanda da insanların sosial müdafiəsindən, imkansızlara qayğıdan çox danışılır, yazılır, deyilir, çifayda ...   İnsanların böyük əksəriyyəti bu müdafiəni qayğını əsla hiss etmir. Deyilənlər yazılanlar isə sabun köpü-yünü xatırladır. Məsələn, koronavirus pandemiyası ilə bağlı dövlət bir qism insanlara(seçilmişlərə) 190 manat (hərçənd ki, bu pulla nəinki bir ay, heç on gün normal dolanmaq mümkün deyil) yardım etdi, reklam xatirinə... Bəzilərinə isə Heydər Əliyev Fondu adından sovqatlar paylandı, vəssalam! Bunu siz sosial müdafiəmi sayırsınız, cənablar?!

İnsan yaşlananda (pensiya yaşına çatdıqda) sosial yardıma, müdafiəyə daha çox ehtiyac duyur.

Nəzərə alsaq ki, Azərbaycan pensiyaçılarının böyük əksəriyyəti minimum pensiya alır, demək ki, yardıma müdafiəyə möhtac olanların da sayı bir o qədərdir. Digər bir qismi isə 300-400 manat alır ki, bu da onlara minimum pensiya alanlardan seçilmək imkanı vermir. Təkcə deputatlar "seçilmiş" dövlət qulluqçuları 1000 manat daha yüksək pensiya təminatına sahibdirlər.

Mən bunu dəfələrlə yazmışam bir daha təkrar edirəm ki, üçün 30-35 il dövlət qulluğunda çalışan (əslində dövləti talayan) məmur 1500-2000 manat, kənd təsərrüfatında, yaxud istehsalatda çalışan fəhlə kəndli-fermer ən yaxşı halda 300-400 manat pensiya almalıdır? Budur sosial ədalət?!

Siz sovet rejimini qəbul etməyə bilərsiniz, o dövrə, zamana nifrət edə bilərsiniz, amma bu insanlar onda da çalışıblar öz zəhmətləri ilə çörək qazanıblar. Məmurlar isə onda da talançılıqla rüşvətxorluqla məşğul olublar. Bu gün onlara verilən yüksək qiymət o deməkdir ki, talançılıq rüşvət, halal zəhəmətdən daha dəyərlidir, bu məmləkətdə. Sonra da deyilər ki, ruşvətə talançılığa qarşı qədər mübarizə aparılsa da, heç bir səmərəsi görünmür. Çünki bütün reallıqlar göz qabağındadır. Kimlərsə, hansısa xidmətlərinə görə, Prezident təqaüdünə layiq görülür. Çox gözəl, çox pakizə, bəs üçün onların arasında bir kəndli, yaxud fəhlə yoxdur? Bəlkə onlar hansısa bir müğənnidən, aktyordan az görüblər bu vətən üçün? Bu kriteriyaları kim necə müəyyən edir?

Son zamanlar Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində  Dövlət Sosial Müdafiə Fondu əməkdaşlarının on minlərlə vətəndaşa saxta pensiya əlilik dərəcələrinin verilməsi barədə çoxsaylı məlumatlar yayılıb. Buna kim şərait yaradıb? Bu barədə isə susurlar.

Bu gün törətdiyi əməllərinə görə həbs olunan eks-nazir Səlim Müslümovdan yeni nazir Sahil Babayevə elə bir miras qalıb ki, illərlə çalışsa belə, o bataqlığı təmizləyə bilməyəcək. Səlim Müslümovun istər DSMF-,  istərsə ƏƏSMN- rəhbərlik etdiyi dönəmdə bu sahədə elə bir rüşvət labirinti yaradıb ki, hazırda həmin labirintə onun özünü belə salsanız çıxa bilməz. Səlim Müslümov təkcə saxta əlillik pensiya ilə yox, həm insanların haqq etdikləri pensiyaları müxtəlif yollarla azaltmaqla, eyni zamanda rüşvət müqabilində daha yüksək pensiyalar təyin etməklə , milyonlar qazanmağı bacarıb.

Bugünlərdə nazir Sahil Babayevin açıqladığı məlumatlara görə, indiyə qədər 17 min saxta əlillik 90 min saxta pensiya işi ləğv olunub. Görəsən, onların arasında Səlim Müslümovun atasının pensiya işi varmı?

Nazir qeyd edib ki," bu işlər ləğv edilməsəydi, təkcə cari il üçün maliyyə yükü 560 milyon manat edəcəkdir". Elə bilirsiniz bununla ölkədə rüşvətə saxtakarlığa son qoyulacaq. Əsla yox! Əksinə, yeni təyin olunanlar daha ehtiyatlı olacaq saxtakarlıq üçün daha yüksək haqq tələb edəcəklər. Bu bir Azərbaycan təcrübəsidir bu acı reallıqdan qaçmaq mümkün deyil. Çünki bu məmləkətdə sosial ədalətin özünün belə, sosial müdafiəyə ehtiyacı var.  

Bu, Səlim Müslümovun bütün dünyaya təqdim etdiyi o dövrdə bir çoxlarının bəh-bəhlə qarşıladığı bir təcrübədir. Bunun təsdiqi üçün heç uzaqlara getməyə ehtiyac yoxdur. O dövrdə S.Müslümovun süfrəsindən yemlənən bəzi həmkarlarımızın yazdıqlarını tapıb oxuyun, görün iqtisadçı -professor Səlim Müslümov özünün analoqu olmayan sosial müdafiə sistemi ilə dünyanı necə təəccübləndirib. İnsan sovet dönəmində ən ağır sahələrdə belə, tər töküb, Səlim Müslümov isə onun bir illik əməyini heç 2 manatla (səhv etmirəmsə, sovet dönəmində qazanılan hər staj ilinə görə cəmi 1, 89 qəpik ) da dəyərləndirməyib.  

Onu da anlamağa çalışıram ki, saxta pensiya əlilik məsələsinin özünü arayıb ortaya çıxarmaq asan məsələ deyil. Amma yaddan çıxarmaq olmaz ki, Səlim Müslümovun rüşvət toruna düşmək istəmədiyi üçün öz halal pensiysının böyük bir hissəsini itirən on minlərlə təqaüdçü var, bu məmləkətdə. Onların haqqını kim müdafiə edəcək? O dövrdə öz haqqını tələb edən pensiyaçıları göndərirdilər məhkəməyə. "Get məhkəməyə, o qərar versə, sənin pensiyanı artırarıq". Məhkəmələr isə əsasən Səlim Müslümovun rüşvət kompaniyasına haqq qazandırırdı, çünki bunda "maraqlı" idi. Səlim Müslümov ancaq o halda pensiyaçıya haqq etdiyini verirdi ki, ona daha yüksək instansiyadan göstəriş verilsin ki, bu şəxsin pensiya işinə ədalətlə baxılsın. Əks təqdirdə, hər kəs bu qurumun tələb etdiyi rüşvəti verməliydi, yaxud onların təyin etdiyi pensiya ilə razılaşmaq zorunda qalırdı.

Hesab edirəm ki, Azərbaycanda Səlim Müslümovun yaratdığı sosial ədalət müdafiə sistemi kökündən dəyişməli, yeni qanunlar qəbul olunmalıdır.

Məsələn, pensiya yaşı qadınlar üçün 60, kişilər üçün 65 yaş müəyyən olunmalıdır. Çünki ölkəmizdə bunu şərtləndirən bir çox səbəblər var. Ümumi stajı 45-50 il olan hər kəsə çalışdığı sahəyə heç bir fərq qoyulmadan (xüsusi zərərli təhlükəli sahələr istisna olmaqla, bu insanlar daha yüksək pensiyaya layiqdirlər) Prezident təqaüdü, yaxud ona bərabər tutulacaq Əmək təqaüdü verilməlidir.  

Maraqlıdır ki, bu ölkədə fəhlə kəndli-fermerlər üçün heç bir stimullaşdırıcı mükafatlar nəzərdə tutulmayıb. Baxmayaraq ki, bütün maddi nemətləri fəhlə kəndlilər istehsal edir.

Bir Əmək ordeni təsis etdilər, düşündük ki, heç olmasa onu əməkçi isanlara verəcək, onların da zəhməti qiymətləndiriləcək. Tam əksinə, onu da talançı quldur məmurlara verdilər. Bu da maraqlı faktdır ki, «Şərəf», «Şöhrət» ordeni alanların da böyük əksəriyyəti artıq həbs olunub, qalanlarını da,yəqin ki eyni aqibət gözləyir.

İndi başqa bir məsələyə toxunaq. Məlumdur ki, dünyanın hər yerində əmək pensiyasına çıxmağın müxtəlif formaları var. Bütün sahələrdə olduğu kimi, pensiya təyinatında da, müəyyən istisnalar olur bu istisnalar da qanunla tənzimlənməlidir.

Məsələn, deyək ki, vətəndaş pensiyaya çıxmağına 1 il, ilyarım qalmış hansısa bir xəstəliyə düçar olub, o, üçün 1il əvvəl pensiyaya çıxa bilməz? Bu suala qanunverici orqan olan Milli Məclisdən, yaxud ƏƏSMN-dən kimsə cavab verə bilərmi?

Bu insan artıq 60-62 yaşındadır 40 ildən artıq əmək stajı var. Pensiya yaşına çatana qədər , xəstəlik kağızı ilə dövlətdən sosial yardım alacaq. Yaxşı olmazdımı ki, bu kimi insanlara bir-iki il əvvəl pensiyaya çıxmaq hüququ tanınsın. Bunun yolların axtarıb tapmaq olar, sadəcə olaraq insanları anlamaq onlara qarşı sayğılı olmaq lazımdır. Bizim məmurlarda isə bu yoxdur.

Azərbaycanda bizim gözlədiyimiz sosial müdafiə sosial ədalət prinsiplərinin bərqərar olması üçün hər cür şərait var dövlətimizin buna qüdrəti yetər. Lakin çox təəssüflər olsun ki, bu ölkəni talayaraq milyonlara sahib olan məmurlar çetesinin biganəliyi buna imkan vermir. Milyonlara sahib olan 5-10 min pensiya alan məmur, kasıb fəhlənin kəndlinin halından anlayar ki?! Allah himayəsini bizlərdən əskik etməsin inşəallah!

P.S. Bir zamanlar S.Müslümovun haqsızlıqlarına düçar olan insanlara müraciətlə yazmışdım ki, "Gedən qatarın dalınca baxma qoca, bu qatar S.Müslümovu haraya aparacaq bilmək olmaz". İndi isə artıq qatarın son dayanacağı da məlumdur. Qocalar isə bu gün haqq-ədalətin vaxtsa öz yerini tutacağını gözləyirlər. Allah sizə səbr versin!

0.017342805862427