Rusiyanın barmağı hər yerdə

Rusiyanın barmağı hər yerdə
 

Bu ölkə münaqişə ocaqları yaratmaqla məşğuldur

Azərbaycanı parçalamaq uğrunda gedən müharibənin sonunda, yəni 1828-ci ildə Türkmənçay müqaviləsi imzalayan Rusiya İran Azərbaycanı aralarında iki yerə parçalayaraq, hər biri xalqımıza qarşı ən alçaq metodlarla işgəncələr verərək, müstəqil dövlət qurmağa imkan verməyiblər. Rusiyanın işğalı altında qalan Azərbaycan vətəndaşları istər çar Rusiyası, istərsə SSRİ dövründə daim təqib təhdid olunublar, ölkəmizin ərazisi hissə-hissə Ermənistana Gürcüstana verilib. Bu proses 1988-ci ilədək davam edib. 1988-ci ildə, SSRİ-nin dağılma ərəfəsində Azərbaycan ərazisi olan DQMV- yaşayan ermənilər rusların erməni diasporlarının dəstəyilə DQMV - nin Ermənistana birləşməsi barədə qərar qəbul ediblər. Bununla da Azərbaycan ərazisini yenidən itirmək təhlükəsilə üzləşdi. Ermənistanın işğalçılıq siyasəti Azərbaycan müstəqillik qazandıqdan sonra da davam etdi Ermənistan Rusiyanın hərbi dəstəyilə 20 faiz ərazimizi işğal edərək, bir milyondan çox soydaşımızı köçkün vəziyyətinə saldı. 1991-ci ildə Azərbaycan müstəqillik qazanmaqla yanaşı, həm , bir sıra problemlərlə üzləşdi.

Ermənistan terrorçu hərbi birləşmələrinin işğal etdiyi Azərbaycan torpaqlarından dərhal çıxması üçün BMT -nin 1993- ilin yayında qəbul etdiyi 4 qətnamə Rusiyanın maneəsilə düz 30 il yerinə yetirilmədi. ATƏT-in Minsk Qrupunun birbaşa məşğul olduğu bu münaqişə nəinki həll olunmadı, əksinə, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında möhkəmləndirildi münaqişə dondurulmuş vəziyyətə salındı. Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan Azərbaycan torpaqlarında meydan suladı, qol açıb rəqs etdi, həttaQarabağ Ermənistandırdeməkdən belə, çəkinmədi! Azərbaycanın yeni ərazilərini işğal edəcəkləri barədə bəyanatlar yaymağa başladılar! Çirkin məqsədlərinə nail olmaq üçün yeni hərbi təxribatlar törətməyə girişdilər -ötən ilin iyul ayında Tovuz rayonu istiqamətdən hücum edib, Rusiyanın kölgəsinə sığınaraq Azərbaycanı qardaş Türkiyə Qərblə birləşdirən neft-qaz boru kəmərlərini dəmir yolunu hərbi yolla nəzarətinə götürməyə belə cəhd etdi! Lakin müzəffər, güclü, müasir döyüş texnikasına malik olan Azərbaycan Ordusu düşmənin təxribatçı qüvvələrini darmadağın edərək, canlı qüvvə hərbi texnikasını məhv edərək, geri çəkilməyə məcbur etdi! Gözləmək olardı ki, Rusiyanın hərbi təchizatı diqtəsilə baş tutduğu şübhə doğurmayan Ermənistan terrorçu dəstələrinin təxribatının uğursuzluğa düçar olması düşməni sakitləşdirəcək. Amma gözlənilənlərin əksinə olaraq, Ermənistan aldığı ağır hərbi zərbədən sakitləşmədi Azərbaycana təxribatçılar göndərdi. Həmin təxribatçılar da hərbçilərimiz tərəfindən yaxalandı, Ermənistan onu bu alçaq yola cəlb edən Rusiya ifşa olundu.

Nəhayət, Ermənistan terror dəstələrinin növbəti həmləsinin qarşısını alan Azərbaycan Ordusu ötən il sentyabrın 27- əks - hücuma keçdi bir neçə gün ərzində Ermənistan hərbçilərinin xarici himayədarlarının köməyilə torpaqlarımızda qurulmuş çətin keçilən bütün hərbi istehkamları məhv edərək, düşmən ordusunu canlı qüvvə hərbi texnika baxımından ağır itkilərə məruz qoydu. Düşmən əsgərlərini, hərbi hissəni silahı qoyub qaçmağa məcbur etdi! Beləliklə, Ermənistanın kapitulyasiyası ilə 44 gün davam edən Vətən Müharibəsi Rusiyanın zorba müdaxiləsilə dayandı! Rusiya, Azərbaycan Ermənistan rəhbərləriatəşkəs bəyanatıimzaladılar. Imzalanmış sənədə əsasən Rusiya hərbçiləri sülhməramlı qüvvə adı ilə rəsmən Azərbaycan torpaqlarına daxil oldu!

Azərbaycanın Müzəffər Ordusunun onun Ali Baş Komandanının Ermənistanla 44 gün davam edən Vətən Müharibəsində qazandığı böyük qələbə tariximizə qızıl hərflərlə yazıldı! Bu qələbə düşmən tərəfindən uzun müddət məğlubiyyətə məhrumiyyətə məruz qoyulmuş xalqımızı dirçəltdi, qüvvəsinə inam yaratdı, dünyada Ermənistan barədə saxta yaradılmış miflər darmadağın oldi!

Azərbaycanın Ermənistan üzərində çaldığı hərbi qələbə digər düşmənlərimizlə bərabər, Rusiyanı da məyus etdi! Bu məyusluğun təzahürləri Rusiya sulhməramlı hərbçilərinin Yuxarı Qarabağda fəaliyyətində gün aydın görünür.

Rusiya sülhməramlılarının erməniləri sürətlə yuxarı Qarabağda məskunlaşdırması, rus dilini ərazidə rəsmi dil elan etdirməsi, Rusiyanın yüksək vəzifəli şəxslərinin Ermənistana, oradan da Yuxarı Qarabağa davam edən ardıcıl səfərləri, rus həbçilərinin Ermənistan ordu hissələrinə Yuxarı Qarabağda təlim keçməsi yerli erməniləri silahlandırması, Rusiyanın Yuxarı Qarabağda yaşayan azərbaycanlı icma üzvlərinin doğma yurduna qaytarılmasına əhəmiyyət verməməsi, üç ölkə rəhbəri tərəfindən imzalanmış anlaşmanın Azərbaycana aid hissəsinin yerinə yetirilməməsi xalqımızı çox narahat edir.

Rusiyanın Yuxarı Qarabağda ermənilərin mövqeyini möhkəmləndirməsinin hansı məqsədə xidmət etdiyini xalqımız dünya ictimaiyyəti çoxdan bilir. Lakin Rusiyanın işğala xidmət edən hərəkətləri Yuxarı Qarabağı işğaldan azad etməyi gündəmdə saxlayır.

Bugünədək dünyada Rusiyanın sülhməramlı missiya yerinə yetirməsinə aid bir misal da gətirmək mümkün deyil. Çünki Rusiyanın işğalçılıq siyasəti onun sülhməramlı missiya icra etməsinə heç zaman imkan verməyib. Ona görə Azərbaycan xalqı Rusiyanın Yuxarı Qarabağda sülhməramlı missiya yerinə yetirəcəyinə inanmır. SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Azərbaycanı, Ukraynanı, Moldovanı, Gürcüstanı, Qazaxıstanı nəzarətində saxlamaq məqsədilə bu ölkələrin ərazilərində münaqişə ocaqları yaratmış ki, bu münaqişələr hələ davam edir.

Ermənistanla Azərbaycan arasında 30 ildən çox davam edən münaqişənin müəllifinin məhz, Rusiya olduğunu bütün dünya ictimaiyyəti yaxşı bilir. Lakin müşahidələr onu deməyə əsas verir ki, Rusiyanın dünya dövlətlərilə qonşu ölkələrlə normal münasibət qurmaq istiqamətində əməli addım atmaması böyük problemə çevrilib. Dünyada işğalçılıq təcavüzkarlıq simvolu kimi tanınan Rusiyanın parçalanması barədə ideyaların tez-tez səslənməsi təsadüfü deyil...

0.029971837997437