Erməni vəhşiliyinin dəhşətli Ağdam mənzərələri...
Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]
Yazının əvvəlidə qeyd etməyi borc bilirəm ki, birinci Qarabağ müharibəsinin iştirakçısı kimi, ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun erməni faşistləri üzərində qazandığı böyük zəfərə həm ölkədə, həm də dünyada yüksək dəyər verilməsi xalqımızın əldə etdiyi ən böyük uğurdur. Bu qələbə tək Ermənistan hərbi xuntası üzərində deyil, eyni zamanda, Ermənistanın Azərbaycana hərbi təcavüzünə mütəmadi maddi, mənəvi və hərbi dəstək verən xristian aləminin, dünyanın supergüclərinə böyük təsir gücünə malik olan erməni diasporu üzərində qazanılmış tıkrarsız və bənzərsiz super qələbədir!..
Şanlı Azərbaycan Ordusunun Ermənistan hərbi birləşmələrini 44 gün ərzində sarsıdıcı məğlubiyyətə uğradıb, kapitulyasiya bəyənatını imzalamağa məcbur etməsi ölkəmizin son iki yüz illik hərb tarixində ilk böyük zəfəridir.
Hazırda Rusiyanın hərbi və humanitar yardımı ilə ağır məğlubiyyətin nəticələrini aradan qaldırmaqla məşğul olan Ermənistan və onun himayədarları hələ də Azərbaycan Ordusunun vurduğu ağır zərbə nəticəsində yalvara-yalvara 10 noyabar 2020-ci ildə imza atdığı bəyanatın şərtlərinə əməl etmək istəmir. Əksinə, Ermənistanın bəzi başdan xarab S. Balasanyan, A. Harutuhunyan kimi, rəhbərləri hərbi güc toplayıb, qisas almağa hazırlaşmaları barədə sərsəm bəyanat verirlər...
Media nümayəndəsi kimi, 13 mart 2021-ci ildə, 27 ildən sonra işğaldan azad olunmuş Ağdama etdiyimiz kollektiv səfəri hər zaman xatirlayacam. Prezident Administrasiyası tərəfindən təşkil olunmuş səfər zamanı Ağdamda qarşılaşdığımız müdhiş mənzərə hər kəs kimi, məni də həm kədərləndirdi və həm də qəzələndirdi...
Çox kədərləndim, dərhal işğaldan əvvəl Ağdamda olduğum 17 iyun 1993-cü ili xatırladım və dağıdılıb, xarabalığa çevrilmiş şəhərin görüntüləri məni hədsiz mütəəssir etdi!..
Xatirələrimi vərəqlədim. Erməni-rus hərbi birləşmələri bütün cəbhə boyu hücüm edir, silah-sursat çatışmazlığı, pərakəndəlik və xəyanət üzündən düşmənə lazımi müqavimət göstərə bilməyən özünümüdafiə batalyonlarımız isə çətin durumda idi! Ağdamın çətin günündə həmin cəbhəyə getmdim. Füzuli, Beyləqan, Ağcabədi istiqamətdə döyüşən özünümüdafiə batalyonlarımız Ağdamın düşmən tərəfindən işğal olunmasının qarşısını almaq üçün hər vasitə ilə yardım etməyə çalışırdı. 1993-cü ilin aprelində Füzulidə "Məngələn ata" yüksəkliyi uğrunda erməni-rus terroristləri ilə aparılan qanlı döyüşdə düşmənin başını əzib, geri çəkilməyə məcbur etdiyimiz uğuru Ağdamda da təkrar etməyə cəhd edirdik...
Amma hərbçilərimizin Ağdamı qorumaq üçün göstərdiyi bütün cəhdlərə baxmayaraq, ruslar tərəfindən idarə olunan, ordumuzun içinə sızdırılmış xəyanətkar qüvvələr Ağdam əhalisini şəhərdən çıxararaq, əvvəlcə, şəhəri taladılar, sonra onu düşmənə təslim etdilər!..
Nəhayət, 27 ildən sonra Ali Baş Komandanın cızdığı düşünülmüş siyasət, semilmiş zaman, hərbi strategiya və taktika ilə hərbi əməliyyata başlayan Müzəffər Ordumuzun 44 gün çəkən Vətən Müharibəsində düşmən üzərində qazandığı möhtəşəm Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad olunması Qarabağın başkəndi sayılan Ağdamın da azad olunması ilə nəticələndi...
Bu qələbədən 4 ay keçəndən sonra, 27 illik həsrətdən sonra görüşünə getdiyim gözəl, məğrur, qürurlu, sovetlər dönəmində ermənilərin canına daim qorxu salan Ağdam şəhərinin və onun dəbdəbəli kəndlərinin yerində xarabalığa rast gəldik və vaxtilə gördüyüm təmtəraqlı yerləri öz yerində tapa bilmədim və çox məyyus oldum!..
Rayon ərazisində qarşılaşdığımız dəhşətli mənzərə hər kəsi kimi, məni də şoka saldı, şəhər və kəndlər yalnız zilbillik və xarabalıqlara çevrilmiş, Ağdam şəhəri, onun abad kəndləri yerlə yeksan edilmiş, hər tərəfi kol-kos basmış ərazidə vahiməli mənzərə ilə qarşılaşdıq...
Ağdamda qarşılaşdığımız, insanda dəhşət yaradan başqa bir hadisə isə, şəhərdəki Şəhid məzarlarının vəhşicəsinə dağıdılması, cəsədlərin qəbirlərdən çıxarılıb naməlum yerə aparılması, məzarların və cəsədlərin üzərində vandal hərəkətlərin törədilməsilə qarşılaşdıq və erməni vandallarının vəhşiliyinin şahidi olduq! Bu vandallığı görən hər kəs erməni vəhşiliyinin insanlığa yaraşmayan son həddini seyr etdi!..
Ermənilər öz çirkin xislətlərinə uyğun olaraq, Ağdamda uyuyan Xurşudbanu Nətəvana və Pənah xana məxsus türbə və məqbərəni də dağıdıb, pis vəziyyətə salmaları erməni qəddarlığının bariz nümunələrindən biridir!
Birsözlə, erməni faşistlərinin Ağdamda törətdiyi vəhşiliyi ifadə edib, burada törədilmiş dəhşətlər barədə insanlarda aydın təsəvvür yaratmaq üçün söz tapmaqda çətinlik çəkdim!
Şübhə və tərəddüd etmədən qeyd edirəm ki, dünyada barbarlığın ən dəhşətli, qorxunc formasını ermənilər məhz Ağdamda törədiblər!..
Ağdamda gördüyüm müdhiş, insanlığa sığmayan mənzərə tək ermənilərin gücü ilə baş vermiş olsaydı, bəlkə də, gördüyüm mənzərə məni o qədər də narahat etməzdi. Məni narahat edən isə, özlərini insan haqları, demokratiya və qanunun aliliyi prinsiplərini təməl prinsipi elan edən və eyni zamanda, ermənilərin dövlətimizə və xalqımıza qarşı törətdiyi işğalı və vəhşiliyi müdafiə edən ABŞ, Rusiya, Fransa, Qərb və Avropa dövlətlərinin bu vəhşiliyi himayə etməsidir!..