Daha bir aktyor müharibədə öldü
Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən aktyor Petr Velikiy Kursk vilayətində dünyasını dəyişib.
Paralel.az Axşam.az-a istinadən xəbər verir ki, ukraynalı aktyorun 48 yaşı var idi.
Qeyd edək ki, Petr ordu sıralarına qoşulmazdan əvvəl Çerniqov adına Vilayət Akademik Musiqili Dram Teatrında işləyib. Aktyor 20 illik karyerası ərzində 35-dən çox rol oynayıb.
Sənətçinin Yekaterina adlı bir qızı var.