Çalhanoğlu da sıradan çıxdı
UEFA Millətlər Liqasının VI turunda bu gün Monteneqro ilə qarşılaşacaq Türkiyə millisi daha bir itki ilə üzləşib.
Paralel.az xəbər verir ki, yığmanın kapitanı Hakan Çalhanoğlu zədəli olduğunu açıqlayıb.
O, Uelslə oyunda ayağından aldığı zədəyə görə bugünkü görüşdə komandasına kömək edə bilməyəcəyini bildirib.
Xatırladaq ki, Türkiyə millisinin müdafiəçisi Çağlar Söyüncü və yarımmüdafiəçi Ferdi Kadıoğlu da zədə səbəbindən komandadan kənarda qalıb.
Bu gün B Liqasında keçriləcək Monteneqro - Türkiyə oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.