Mayk Tayson bilərək uduzub? - Məşqçi açıqladı

Mayk Tayson bilərək uduzub? - Məşqçi açıqladı
 

Ötən həftə veteran boksçu Mayk Tayson və məşhur bloqer Cek Pol baş tutan boks döyüşü geniş marağa səbəb oldu. Cek Polun qələbəsi ilə baş tutan matçın nəticəsi bir çoxları üçün gözlənilməz hesab edildi.

Hətta bu tip döyüşlərin ssenarisinin əvvəldən yazıldığını, qalibin onsuz da məlum olduğunu iddia edənlər də az deyil. Bu fikri irəli sürənlər iddia edir ki, belə görüşlər sadəcə mərc şirkətlərini və nəticəyə pul qoymuş imkanları şəxsləri qazandırmaq üçündür.

Paralel.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar boks məşqçisi Şahin Nik-Nicat bildirib ki, bu kimi yarışlar bəzilərinin pul qazanması üçün təşkil edilmiş şoudur:

“Bu, sadəcə bir şoudur. Biznesmenlərin pulu azalıb və bu şounu onlar yaratdılar. İştirakçıların birinə 20 milyon, birinə isə 40 milyon verib daha sonra öz faizlərini götürdülər. Bu da onların işləri oldu. Həmin döyüşdə boksa aid demək olar ki, heç nə yox idi. Sadəcə şou keçirildi. Camaatı da yığdılar və pulllarını əlindən aldılar. İnsanlar mərcə pul qoydular və uduzdular. Burada sırf idman etikasından söhbət belə gedə bilməz. Düzdür, onlar dünyada tanınmış idmançılardır, amma bu sadəcə pul şousu idi. Buna görə də belə döyüşlər sadəcə pul qazanmaq üçün təşkil edilmiş şoulardır”.

 

0.023375988006592