Qvardiola "Mançester Siti"ni tərk edəcək?
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "şəhərlilər"lə müqaviləsini 2026-cı ilə qədər uzatmaq barədə razılığa gəlib.
Paralel.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Bununla da, Pepin komandanı tərk edəcəyi ilə bağlı iddialar özünü doğrultmayıb.
Məlumata görə, tərəflər arasında aparılan yeni danışıqlardan sonra bu razılaşma 99% tamamlanıb. Qvardiolanın klubla müqaviləsinin uzadılması ilə bağlı rəsmi açıqlama tezliklə veriləcək.
Qeyd edək ki, ispan mütəxəssis 2016-cı ildə İngiltərə klubunun baş məşqçisi vəzifəsinə təyin olunub. Qvardiolanın "Mançester Siti" ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 53 yaşlı mütəxəssisin rəhbərliyi altında "şəhərlilər" 6 dəfə İngiltərə çempionu olmaqla yanaşı, Çempionlar Liqasının da qalibi olub.(oxu.az)