Azərbaycanda vergi ödəyicilərinin sayı 6 %-ə yaxın artıb

Azərbaycanda vergi ödəyicilərinin sayı 6 %-ə yaxın artıb
 

Bu il noyabrın 1-nə Azərbaycanda 1 583 592 vergi ödəyicisi olub.

Paralel.az  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il noyabrın 1-i ilə müqayisədə 5,6 % çoxdur.

Vergi ödəyicilərinin 87,1 %-i fiziki şəxslər, 12,9 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 5,4 %, hüquqi şəxslərin sayı isə 7,3 % artıb.

Oktyabrın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı 187 674 vahid təşkil edib və bu, 1 il əvvələ nisbətən 8 % çoxdur.

Təkcə bu ilin yanvar-oktyabr aylarında 11.670 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,3 %-i yerli investisiyalı, 10,7 %-i xarici investisiyalıdır. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 82,8 %-i elektron qaydada, 17,2 6%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. Kommersiya qurumlarının 9 658-i elektron qaydada qeydiyyatdan keçib ki, onlardan 7 841-i "ASAN İmza", 1 783-ü finkod+mobil üsulu, 34-ü isə “SİMA” rəqəmsal imza vasitəsilə müraciətlər əsasında qeydiyyatdan keçib.

Noyabrın 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 39 399 vahid təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 % artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 % təşkil edib.

Son 1 ildə aktiv kommersiya qurumlarının sayı isə 10,8 % artıb.

 

0.025248050689697