Mayk Tayson Cek Paul yarışı başa çatdı
Dünyanın səbirsizliklə və həyəcanla izlədiyi Mayk Tayson və YouTuber Cek Paul arasında keçirilən tarixi boks yarışı başa çatıb.
Paralel.az xəbər verir ki, 58 yaşlı əfsanəvi boksçu Mayk Tayson tarixi boks matçının keçiriləcəyi Texas ştatının Arlinqton şəhərindəki 80 min tamaşaçı tutumlu ATT Stadionuna üzərində "Iron Mike (Demir Mike)" yazılmış gödəkçə ilə daxil olmasının paylaşımını edib və bu da qısa zamanda dünya mediasında ciddi reaksiyaya səbəb olub.
Yarış başlayan zaman Paul rinqə avtomobillə çıxıb. Ondan fərqli olaraq Tayson rinqə sadə bir giriş edib.
Yarışın nəticəsi olaraq, Cek Paul yarışın qalibi olub.