"Bu sevgi və hörmətlə də hər şeyi buraxıb gedirəm"
Rejissor Nail Naiboğlu paylaşımı ilə müzakirələrə səbəb olub. Rejissorun intihar etdiyi iddia olunub.
"Hər şeyin başlanğıcı olduğu kimi sonu da olur. Məncə, bu həyatda insan kimi yaxşı olmuşam, hər kəsə sevgi, hörmət göstərmişəm. Bu sevgi və hörmətlə də hər şeyi buraxıb gedirəm. Mənim üçün hər şey bitdi" deyə, Nail paylaşımında yazıb.
Paralel.az xəbər verir ki, bir çoxları isə onun bu mesajı yazıb intihar etdiyini yazıb. Axşam.az-a açıqlama verən Nail "Yeni klip çəkdiyim mahnının sözləridir. İntihar nədir? Belə bir fikrim yoxdur" sözlərini deyib.