Türk daş heyvan fiquraları
Erkən Dövr Türk Sənəti (İslamdan əvvəlki dövrdə) türklərin Avrasiyaya yayıldığı ərazilərdə qoç, qoyun və at formasındakı daş heykəllər (aslan formasında olanlar da var) görülmüşdür. Sibir, Monqolustan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Azərbaycan, Krım və Türkiyədə çoxlu daş heyvan heykəlləri və ya məzar daşı heykəlləri var. Adı çəkilən heykəllərin tarixi miladdan əvvəlki dövrlərdən bu günə qədərdir. Bu heykəllər arasında qoçlar güc (və buna görə də suverenlik) və qoruyucu ruhun simvolu idi. Bu heyvan heykəlləri mərhumu o biri dünyaya aparan heyvanları da təmsil edirdi. Ona görə də Kurqan dediyimiz qəbirlərdə at, qoç, qoyun-keçi kimi heyvanlar da basdırılıb. At, qoç və qoyunların daş heykəlləri türk-islam dövrlərində oxşar simvolik mənalarla məzar daşı kimi istifadə edilmişdir. Daş heyvan heykəllərinin üzərində bəzən damğalar və yazılar olurdu. Qoç və qoyun heykəllərinin yalnız Akqoyunlu və Qaraqoyunlulara aid olduğunu düşünmək yanlışdır. Çünki demək olar ki, hər türk dövründən, bütün türk ölkələrindən, hər çağdan nümunələr var. Aşağıdakı şəkildəki qoç formalı daşlar Azərbaycanın Kəlbəcər rayonundandır və 19-cu əsrə aiddir.
Foto Rasim Əfəndiyə aiddir- 1986.
Müəllif : Yaşar Çoruhlu, Professor
Paralel.az