"Bizdə də əməliyyat keçirilsin, onlar həbs olunmalıdır"

 

Xəbər verdiyimiz kimi, 2 gün əvvəl Türkiyədə aralarında şoumen Mehmet Ali Ərbil, müğənni Sərdar Ortaç, biznesmen və sosial şəbəkə fenomenlərinin də olduğu 20-dən çox şəxs barəsində cinayət işi açılıb.

Paralel.az xəbər verir, ki, onlar sosial şəbəkələrdə insanları qanunsuz mərc oyunlarına təşviq etməkdə ittiham olunur.

Mövzu ilə bağlı danışan tanınmış texnobloger Fərid Pərdəşünas hesab edir ki, ölkəmizdə də oxşar əməliyyat keçirilməlidir:

“Türkiyədə onlayn qumar oyunlarını reklam edənlər kütləvi şəkildə məsuliyyətə cəlb edilir. Aralarında məşhur simalar, müğənni və bloqqerlər də var. Düşünürəm ki, anoloji əməliyyat Azərbaycanda da həyata keçirilməli, qanunsuz şəkildə qumar, mərc oyunu, siqaret və ya tütün məhsullarını reklam edənlər təkcə cərimə ilə yox inzibati həbslərlə cəzalandırılmalıdır” - o söyləyib.

 

 

 

0.023487091064453