"Bəsdir, savadsız həkimlərin səhvindən əzizlərimizi itirməyimiz..." - ETİRAZ...

 

"Baxın, həkim səhlənkarlığı nəyə gətirib çıxartdı. Pasiyenti müayinə etmədən gözünə dərman tökür, bilə- bilə ki, təzyiq xəstəsidir. İndi də vəziyyət pik həddədir. Gözünə vurulan dərmanın fəsadı anamı insultla üz-üzə qoyub. Birbaşa günahkarlarda Xətai Tibb Mərkəzinin baş həkimi İmmi xanım və orada göz həkimi işləyən, soyadını bilmədiyim Təranə adlı həkimdir..."

Paralael.az "DİA-AZ"a istinadən xəbər verir ki, bunu öz etirazında jurnalist Azər İsrafilov ifadə edib.

Adlarını çəkdiyi tibb işçiləri ilə bağlı gərəkən addımları atacağını bildirən jurnalist daha sonra əlavə edib:

"Belə analoji hadisələr hamımızın başına gəlib. Mən şəxsən bu barədə aidiyyatlı hüquq-mühafizə orqanlarını rəsmi müraciət edəcəm.

Artıq yetər savadsız həkimlərin səhvindən əzizlərimizi itirməyimiz.

İndi gözünü İstanbul NS-də tomoqrafiya elətdirdim, dərman vurub tamam dağıdıb bir gözünü.

Sən Xətai Tibb Mərkəzi rəhbərliyin qarışıq cavab verəcəksən bu səhlənkarlığı da görə, əsasəndə İmmi ilə Təranə. Sizə həkim deməyə dilim gəlmir, Hipokratın andı haramınız olsun sizin..."

0.018470048904419