"Sülh danışıqları addım-addım irəliləyir" - Sahibə Qafarova

 

4 il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında ordumuz 44 gün müddətində Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad edərək ərazi bütövlüyümüzü bərpa etdi.

Paralel.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Spiker əlavə edib ki, bununla da cənab Prezident İlham Əliyev  Ulu öndər Heydər Əliyevin arzularını həyata keçirdi: “Cənab Prezidentin həyata keçirdiyi cəsarətli, qətiyyətli siyasət nəticəsində işğalçılıq siyasətinə son qoydu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoymuş oldu”, - spiker qeyd edib.

Spiker əlavə edib ki,  2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən antiterror əməliyyatı nəticəsində  möhtəşəm qələbəyə imza atmaqla Azərbaycanın  suverenliyini təmin etmiş olduq. “Nəticədə Azərbaycan Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini dəyişmiş olduq”, - o vurğulayıb.

Spiker onuda qeyd edib ki, sülh sazişinin imzalanması istiqamətində sülh danışıqları davam edir: “Xarici qüvvələrin, əsasən də bölgədən kənar qüvvələrin təzyiqlərinə baxmayaraq Azərbaycanın səyləri nəticəsində sülh danışıqları addım-addım irəliyə doğru aparılır.
Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa-quruculuq işləri həyata keçirilir”. 

 

 

0.026839971542358