Platonun məşhur mağara alleqoriyası
Platonun məşhur mağara alleqoriyası...
Ömrünü mağaranın içində keçirmiş, çöldən gələn işığa arxa çevirən insanlar ancaq qarşılarına çıxan heyvanların, insanların və əşyaların kölgələrini görürlər. Əsl formasını heç vaxt görməmiş bu insanlar üçün yeganə reallıq bu kölgələrdir.
Bir gün həbsdə olanlardan biri qəfil azadlığa çıxır. Mağaradan kənarda dünya ilə qarşılaşır. İşığa, yəni reallığa tamamilə məruz qalan bu insanın gözləri az qala korluq yaşayır. Zaman keçdikcə o, real hesab etdiyi kölgələrin gerçək olmadığını və reallığın sadəcə qaranlıq əksi olduğunu anlamağa başlayır. Həyatın həqiqətini dərk edən bu insan mağaraya qayıdır və başqa insanlara kölgələrin saxta, əsl həqiqətin isə kənarda olduğunu söyləməyə çalışır. Ancaq heç vaxt xarici dünyanı görməmiş bu insanlar deyilənləri anlaya bilmir və qəzəblə etiraz edirlər...
Bu metafor günümüzün dünyasında və nizamında hələ də qüvvədədir. Çünki insanlar anlaya bildiklərini qəbul edir, idraklarından kənar deyilənləri qəbul etmirlər. Ona görə də həqiqəti deyənlər cəmiyyətdə bir növ sıxışdırılır. İşıq - həqiqəti görmək və həqiqəti eşitmək insanı narahat edir. Buna görə də ağıl qaranlığı və əsarəti seçir. Cahillik səadətdir, həqiqətlə üzləşmək və azad olmaq cəsarət tələb edir.
Müəllif: Məhmət Ruşen Polat
Paralel.az