İranda soyunaraq etiraz edən qadın psixiatriya xəstaxanasına yerləşdirilib

İranda soyunaraq etiraz edən qadın psixiatriya xəstaxanasına yerləşdirilib
 

Tehranda universitetdə soyunaraq məcburi hicablanmağa etiraz etdikdən sonra saxlanılan Ahu Dəryayi adlı tələbə psixiatriya xəstaxanasına yerləşdirilib.

Paralel.az ” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, tələbənin istintaq üçün polis idarəsinə aparıldığı məlum olub. Polis idarəsindən verilən məlumata görə, etirazçı tələbə psixiatriya xəstəxanasına yerləşdirilib.

Qadının keçmiş əri olduğunu iddia edən bir kişi isə onun psixoloji problemlərinin mövcudluğundan danışıb.

İnsan haqları müdafiəçiləri isə İranda hakimiyyət orqanlarını saxlanılan qadını azad etməyə çağırıblar.

 

0.023874044418335