Paylaşımlarına görə Fahriyəyə "görməmiş" dedilər - Foto
Türkiyəli məşhur aktrisa Fahriyə Evcənin Fransa gəzintisindən paylaşdığı fotolar müzakirələrə səbəb olub.
Paralel.az xəbər verir ki, sənətçinin Strasbuq şəhərində həyat yoldaşı Burak Özçivitlə gəzintisindən paylaşdığı fotolarda böyük ölçülü xəzi diqqətlərdən qaçmayıb.
Sosial şəbəkə istifadəçiləri aktrisanı görməmişlikdə ittiham edib.
Onun paylaşımına “kürkünü göstərmək üçün 20 foto paylaşmağına ehtiyac yox idi”, “tam da “Yaprak dökümü”ndəki Necla olmusan", “küçədəki insanlar necə sadə geyinib, amma Fahriyə çox şişirdib” və s. şərhlər yazılıb.