Keçmiş prokuror Yusif İldırımzadənin qardaşı dələduzluqda ittiham olunur

Keçmiş prokuror Yusif İldırımzadənin qardaşı dələduzluqda ittiham olunur
 

Xətainin sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Rasim İldırım barəsində cinayət işi başlanılıb.

Paralel.az report-a istinadla xəbər verir ki, ona verilən ittihama görə, Rasim İldırım jurnalist “Bakutime.az” saytının təsisçisi olan Zaur Mirzəzadə və Qoşqar Məmmədovla əlbir olaraq bir nəfər zərərçəkən şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.

Onlar barəsində Cinayət Məcəlləsinin 179.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

İş üzrə aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fəxri Məmmədovun icraatında araşdırılacaq.

Rasim İldırımın bir qardaşı da "Əmrah” Bankın təsisçisi Yunus İldırımzadədir.

0.016226053237915