Ukrayna PUA vurmaq üçün raketlər istehsal edəcək
Ukrayna Belçikanın “Thales” şirkəti ilə hava hücumundan müdafiə sistemləri üçün raketlərin birgə istehsalına dair memorandum imzalayıb.
“Paralel.az ” xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye naziri German Smetanin özünün teleqram kanalında bildirib.
“Thales Belgium” Ukrayna müdafiə şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb. Bu saziş düşmən PUA-larına qarşı birgə raketlərin istehsalını nəzərdə tutur”, - nazir deyib.
Bundan əlavə, Smetanin əlavə edib ki, gələcəkdə bu əməkdaşlığın belə raketlər üçün texnologiya və komponentlərin ötürülməsinə qədər genişlənəcəyi gözlənilir.
“Bu əməkdaşlıq Ukraynanın hərbi-sənaye kompleksini və kritik infrastrukturun düşmən PUA-larından qorunmasını gücləndirəcək”, - Smetanin qeyd edib.