İsraildən iddia: HƏMAS-ın silahlı qanadının lideri Kassab öldürüldü

İsraildən iddia: HƏMAS-ın silahlı qanadının lideri Kassab öldürüldü
 

İsrail ordusu HƏMAS-ın yüksək rütbəli rəsmisi və hərbi qanadın lideri İzzəddin Kəssabın Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə oktyabrın 1-dəki hücumları zamanı öldürüldüyünü iddia edib.

Paralel.az xəbər verir ki, İsrail ordusunun yaydığı bəyanatda deyilir: “İzəddin Kəssab mühüm bir güc mənbəyi idi və roluna görə HƏMAS-ın Qəzza zolağındakı digər qruplarla strateji və hərbi əlaqələrinə cavabdeh idi. Onun İsrail dövlətinə qarşı hücumlarını idarə etmək səlahiyyəti var idi".

İsrail ordusu eyni hücumda Kassabın müavini Ayman Ayeşin də öldürüldüyünü iddia edib.

Mürtəza

0.056973934173584