"Stəkan" sözünü ruslardan götürmüşük 
ya onlar bizdən götürüb?

 

"Stəkan" – Azərbaycan türkcəsində və postsovet ərazisinin başqa türk xalqlarında çox işlədilən və rus dilindən alınmış sayılan bir sözdür. Bəzən onu "istəkan" kimi tələffüz edirlər. Ən məşhur örnəklərdən biri “Küçələrə su səpmişəm” xalq mahnısıdır. Yaxud

"İstəkanın qırılsın,
Çayın yerə dağılsın".

Amma filologiya elmləri namizədi Tolkin Toğaev iddia edir ki, əslində “stakan” sözü rus dilinə türk dillərindən keçib.

Tədqiqatçı köhnə özbək dilində eyni mənada istifadə olunan "tustaqon" bizim bəhməzi xatırladan mayeni, spirtli içkini və qumızı içmək üçün ağac qab, qazağ dilində "tostaqan" yenə ağac qab, qırğız dilində "tostukan" kimi işlədilən, nadir ağac növündən düzəldilən qablar olduğunu yzır.

Məşhur rus folklorşünası və ən nüfuzlu lüğət müəllifi Vladimir Dal lüğətində bunu "dostakan" – qədim qab növü kimi təsvir etmişdir. E.N.Şipova da "Rus dilindəki türkizmlər lüğəti" kitabında dostakanı göstərib. Xanım Şipova Dal, Yudahın, Radlov kimi tanınmış dilçilərə istinad edərək bu kitaba təxminən beş min türkcə söz daxil etmişdir.

Paylaşım Çigiz ovundur. "Nomads of the Great steppe" səhifəsindən götürüb, o səhifə də "Tashkent I vsedaokolo.uz" səhifəsindən.

Su içmək üçün qabın başqa adları da bardaq, gəlgəl, parç, piyalə, kasadır. Bardaq dəqiq doğma türk sözünmüzdür. Gəlgəli, parçi bilmirəm. Piyalə və kasa farscadır.

Yumruq şəklində içki bardağı Orta Türkiyə, Hitit, MÖ 1400-1380 civarı III. Tudhaliyas dönemində. İkinci şəkil. Gümüşdən düzəlmiş Hitit nəsnələri çox nadirdir.

Müəllif: Tələt Mərdi Həqq 

0.022049903869629