Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
Paralel.az xəbər verir ki, Elxan Nəsibov bu fəxri adı alan ilk azərbaycanlı olaraq tarixə düşüb. Fəxri adın təqdim edildiyi mərasimdə London şəhərinin Lord Meri Alastair Kinq şəxsən iştirak edib, bu mükafatın əhəmiyyətini bir daha vurğulayıb.
Qeyd edək ki, “The Freedom of the City of London” fəxri adı 1237-ci ildən başlayaraq hər il öz əməyi və fəaliyyəti ilə işində, sənətində, elm sahəsində və digər müxtəlif sahələrdə böyük nailiyyətlər qazanmış insanlara məhdud sayda verilən ən qədim fəxri adlardan biridir.
Bu fəxri ad Kraliça Elizabet, Uinston Çörçill, Nelson Mandela kimi məşhur tarixi şəxsiyyətlərə, habelə Tim Berners-Li (internetin yaradıcısı) və Stiven Hopkinqə verilib.