Katerina Giovinazzo suya olan 
borcunun məbləğini görəndə infarktdan ölüb

Katerina Giovinazzo suya olan borcunun məbləğini görəndə infarktdan ölüb
 

İtaliyanın Sanremo şəhərində yaşayan 88 yaşlı Katerina Giovinazzo adlı qadın su hesabındakı məbləği görəndə infarkt keçirib. 

"Paralel.az" xarici KİV-ə istinadən xəbər verir ki, Giovinazzo su şirkətinin hesabından 7 min funt sterlinq (təxminən 9 min dollar) çəkməsi və daha sonra daha çox pul tələb etməsi nəticəsində infarkt keçirərək vəfat edib.

88 yaşlı Katerina Giovinazzo adlı qadın su hesabındakı məbləği görəndə yaşadığı şokdan qısa müddət sonra xəstələnib və 40 gün reanimasiyada qalıb. Ümumi dəyəri 15.000 funt sterlinq olan faktura avqust-oktyabr ayları arasındakı dövrə aid olub.

Su şirkəti qadının hesabından 7000 funt sterlinq çıxarıb və 8000 funt-sterlinqin nağd şəkildə ödənilməsini tələb edib. Fakturanı görən qadın infarkt keçirib və 40 gün reanimasiyada qaldıqdan sonra dünyasını dəyişib.

0.021598100662231