Prezident İspaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İspaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də İspaniya Krallığının ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristina Latore Sançonun etimadnaməsini qəbul edib.

Paralel.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

0.032787084579468