İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu

İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
 

İsrail Ümumi Təhlükəsizlik Xidməti - Şin Bet və polis İran casuslarının daha bir qrupunun həbs olunduğuna dair birgə məlumat yayıblar.

Paralel.az Today in Israel portalına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri Lodda yaşayan təxminən 32 yaşlı Rafael və Lalə Quliyev adlı evli cütlükyü həbs ediblər.

Açıqlamada bildirilir ki, Quliyevlər İran xüsusi xidmət orqanları adından təklif olunan variant əsasında fəaliyyət göstərən azərbaycanlı, 56 yaşlı Elşən Ağayev adlı şəxs tərəfindən casusluğa cəlb ediliblər.

Rafael Quliyev milli infrastruktur, təhlükəsizlik qurğuları ilə bağlı kəşfiyyat məlumatlarının toplanması missiyaları həyata keçirib və iranlıların qətlə yetirmək niyyətində olduqları INSS Təhlükəsizlik Araşdırmaları İnstitutunun qadın alimini izləyib. Ondan alimi qətlə yetirmək üçün adam tapması tələb olunub.

Prokurorlar bildiriblər ki, Quliyev 2021-ci ildən İranın iki agenti ilə əlaqə saxlayıb. İllər keçdikcə o, agentlərin faydalı ola biləcəyi fəaliyyətlə bağlı öz təkliflərini də irəli sürüb.

İttihama görə, o, qadın alimi izlədiyi hər gün üçün 600 dollar alıb və onun evini və avtomobilini saatlarla çəkib.

Quliyevin iranlı idarəçiləri ona xüsusi telefon, yüksək keyfiyyətli kameralar və şifrələmə proqramı quraşdırdığı noutbuk kimi avadanlıq almağı tapşırıblar. Rabitə Telegram proqramı və şifrəli proqramlar vasitəsilə aparılıb, prokurorlar bildiriblər, iranlılar Quliyevi mesajların aşkarlanmaması üçün diqqətli olmağa çağırıblar.

Cütlük həmçinin Tel-Əvivdəki Moldova konsulluğunun, İsrail Elektrik Korporasiyasının saytlarının, Haderadakı su nasosu mərkəzininŞ Hayfa limanının, Təl-Əvivdəki ictimai bomba sığınacaqlarının və HƏMAS-ın 7 oktyabr qətliamının qurbanlarının məzarlarının foto və video çəkilişində ittiham olunur. Onların, həmçinin Qəzzada saxlanılan girovların Təl-Əvivdəki Kirya hərbi bazası yaxınlığında asılmış plakatlarının fotolarını çəkdikləri bildirilir.

Prokuror ər-arvadın barəsində həbs qərarı alınmasını tələb ediblər və məhkəmə onu təmin edib.

0.011916875839233