Armi Hammer “Frontier Crucible” filmində çəkiləcək

Armi Hammer “Frontier Crucible” filmində çəkiləcək
 

Adamyeyənlikdə (kanibalizm) ittiham olunan Hollivud aktyoru Armi Hammer 3 ildən sonra ilk dəfə kino aktyorluğuna qayıdacaq.

Paralel.az xəbər verir ki, bu barədə “Deadline” nəşrinə istinadən məlumat yayılıb. Aktyor “Frontier Crucible” filmində çəkiləcək.

Filmdəki hadisələr 1870-ci illərdə Arizonada cərəyan edir. Film Vəhşi Qərbdə sağ qalmaq üçün qanundan kənar adamla ittifaq qurmağa məcbur olan keçmiş əsgərin hekayəsindən bəhs edəcək. Layihənin çəkilişlərinə başlanılması gələn ay nəzərdə tutulub.

2021-ci ilin yanvar ayında sosial şəbəkələrdə Hammerin məşuqələri ilə yazışmalarının skrinşotları peyda olmuşdu. Bu yazışmalarda sənətçi özünü adamyeyən adlandırdı və partnyorunu yemək, qanını içmək və döyünən ürəyini əlində tutmaq istədiyini bildirmişdi.

0.036826848983765