Xatunsuz bir ev – susuz dəyirman

Xatunsuz bir ev – susuz dəyirman
 

Xatunsuz bir ev – susuz dəyirman,
Gurlamaz səsi, vurmaz çax-çaxı.
Yığıla yüz min bilikli bağban,
Dirçəldə bilməz xatunsuz bağı.

Obaşdan durar, min işə qaçar,
Günəşlə birgə od, işıq saçar,
Sanki yeriməz, yüyürər, uçar,
Duymaz ömründən tükənən çağı.

Min yol evinin başına çönər,
Əli dəyən yer cənnətə dönər.
Getdisə, evin çırağı sönər;
Onsuz olmaz da əziz qonağı.

Bir an gözünü çəkməz baladan,
Qoruyar onu dərddən, bəladan.
Sərtdir inadı səddən, qaladan,
Bəslər uyanı könlünün yağı. …uya (dogma dilimizdə) – ailə (ərəb)

Onun sevgisi, zəhməti sonsuz,
Məzmunu sonsuz, hikməti sonsuz.
Dünyada bir ev olmasın onsuz,
Görməsin heç vaxt o, bala dağı.

Cahillər bilməz, xatun qədrini,
Qıraqda gəzər sevgi ətrini,
Sonda itirər kutsal çətrini,
Beləsi olar özünə yağı.

Xatundur dili öyrədən bizə,
İnsanlıq əkən ürəyimizə.
Yörüngə cızıb uyanı düzən, …yörüngə (d.d)-- trayektoriya,
Onun könlüdür evin ocağı. dolanma yolu.

Ona yaraşır türkün sevgisi,
Türk verən dəyər, türkün öygüsü,
Xatun -- ulusun tözü, güzgüsü, …töz (d.d) – mahiyyət.
Axar bulağı, yanar çırağı,
Barlı torpağı, ən uca dağı.

25 -- iyul -- 2019

Müəllif: Tələt Mərdi Həqq 

Paralel.az 

0.016485929489136