Rus ordusu Ukraynanın şəhər və kəndlərini ələ keçirdi
Rus ordusu Ukraynanın bir şəhərini və bir neçə kəndini ələ keçirib.
Paralel.az "DeepState"yə istinadən xəbər verir ki, Donetsk vilayətinin Pokrovski rayonunun Selidovo şəhərini, Vişnevoye və Zoryanoye kəndini ələ keçirən rus ordusu Novoukrainka, Novodmitrovka və Kuraxovka yaşayış məntəqələri istiqamətində irəliləyib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, hazırda bu ərazidə 134 hərbi toqquşma baş verib, Kuraxovski və Pokrovski istiqamətlərində şiddətli döyüşlər gedir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında o da qeyd olunub ki, rus ordusunun Donetsk istiqamətindəki cəbhə xəttində aktivliyi müşahdiə olunur və davamlı olaraq Ukrayna ordusunun mövqelərini atəşə tutub irəliləməyə cəhd edir.