Seul Kiyevə təcili nümayəndə heyəti göndərir
Cənubi Koreya nümayəndə heyəti Şimali Koreya qoşunlarının regionda mümkün mövcudluğunu və Kiyevlə əməkdaşlıq tədbirlərini müzakirə etmək üçün bu həftə Ukraynaya səfər edəcək.
"Paralel.az xəbər verir ki, bu barədə Yun Sok Yol məlumat yayıb.
“Vəziyyət ciddiləşir, çünki Şimali Koreya qoşunlarının Ukraynada cəbhə xəttinə faktiki yerləşdirilməsi gözlənildiyindən daha tez baş verə bilər”, - o bildirib.
Qeyd edək ki, Pentaqonun rəsmisi Sabrina Sinqh KXDR-in Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün 10 minə yaxın əsgər göndərdiyini bildirmişdi.