Alqkollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyənləşdiriləcək

Alqkollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyənləşdiriləcək
 

Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyənləşdiriləcək.

Paralel.az xəbər verir ki, bununla bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik nəzərdə tutulur.

Qanunun  29-1 maddəsinə təklif olunan dəyişiklikdə alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması nəzərdə tutulur:

"29-1.1. Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

29-1.2. Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.
29-1.3. Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır”.

Məsələ Milli Məclisin oktyabrın 29-da keçiriləcək plenar iclasında ikinci oxunuşda müzakirə olunacaq.

0.018839120864868