İsrail İranı bu ölkədən vurub - ŞOK İDDİA

İsrail İranı bu ölkədən vurub - ŞOK İDDİA
 

İsrail İrana hücum etmək üçün ABŞ-ın nəzarətində olan İraq ərazisindən istifadə edib.

Paralel.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İslam Respublikası silahlı qüvvələrinin baş qərargahına istinadla məlumat yayıb.
 
"İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri oktyabrın 26-da səhər saatlarında İran sərhədinin 100 kilometrliyində İraqda ABŞ ordusunun nəzarəti altında olan ərazilərdən istifadə edərək açıq təcavüz nümayiş etdirib və beynəlxalq hüququ pozub", - Baş Qərargahdan bildirilib.
 
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri ( IDF ) oktyabrın 1-də yəhudi dövlətinə qarşı hücumlara cavab tədbirləri çərçivəsində oktyabrın 26-na keçən gecə İrandakı hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb.
 
“The Jerusalem Post” qəzetinin məlumatına görə, İsrail İrana hücumda ən son "F-35" qırıcıları da daxil olmaqla 100-dən çox təyyarədən istifadə edib.
İsrail ordusu iddia edir ki, əməliyyat çərçivəsində nüvə və neft obyektlərinə deyil, yalnız hərbi hədəflərə hücum edilib və bu, münaqişənin genişlənməsinə səbəb ola bilər.
0.016258001327515