Efirdə kövrəldi: "Ondan DOYMADIM"

Efirdə kövrəldi:
 

Əməkdar artist Mətanət İsgəndərli dünyasını dəyişən atasından danışıb kövrəlib.

Paralel.az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Qonaqcanlı" proqramında bəhs edib. O bildirib ki, atası üçün çox darıxır:

"Atam üçün o qədər darıxıram ki... Dünyasını dəyişəndə hamı deyirdi isti-istidir, darıxacaqsan. Onu necə axtarıram. Çünki atanın 100 yaşı da olsa, yanında min il yaşasa da onu itirəndə olursan balaca körpə uşaq. Atamı itirəndə körpə uşaq kimi ağlayırdım. Ondan doymadım. Adam atadan doyarmı? Son nəfəsinə qədər balalarım deyib. Cibindəki son qəpiyini də balalrına verərdi".

Vəfat edən qardaşından bəhs edən müğənni "Neçə illərdir ki, ağır xəstə idi. Dedi ki, övladlarımı sənə tapşırıram. dedim, arxayın ol" sözlərini əlavə edib.  

 

0.026803970336914