Yuxarı belə tələb edir?
Biri yazır ki, -- "Niyə həmişə konkret bir şəxsi günahlandırırıq? Onlar hərəsi böyük korrupsiya şəbəkəsinin, mexanizminin bir detalıdır", yəni belə çıxır ki, onlardan asılı deyil haram iş tutmaqları. Yuxarı belə tələb edir.
Baxın, belə zehniyyətə, düşüncə tərzinə...
Mən də, bir çox halal zəhmətə, düzlüyə sığınanlar da, vicdanından utananlar da o mexanizmin içindəyik və o mexanizmin qaydaları ilə öz mövqelərimiz, imkanlarımız daxilində yaxşı varlana bilərik, vəzifəlilərə girişməklə, yaltaqlıqla, satqınlıqla, narobiznesə soxulmaqla və s. Ancaq eləmirik, haramı, murdarı balalarımıza yedirtmək istəmirik.
Çoxlarının ağzına söz düşüb -- "yuxarının dediyi kimi eləməsən, işləməsən, işdən atacaqlar" - qoy atsınlar. Elə məni çox atıblar. Hamı haramı, əyriliyi rədd etsə, yuxarı neyniyə bilər ? Deməli yuxarıyla əlbir olanlar elə anadangəlmə haramxor yırtıcılardır, girənlər, yaltaq-yalaqlardır. Onlar qınamağa yox, güllələnməyə layiqdirlər.
Müəllif: Tələt Mərdi - Həqq
Paralel.az