Könül Bağçam - Onun güllərinin bənüdür*1 çoxu
KÖNÜL BAĞÇAM
Hələ becərirəm könül bağçamı,
umaraq -- arısı gələcək bir gün.
Gələcək umduğum qonaqlar, hamı
bağçamın yerini biləcək bir gün.
Onun güllərinin bənüdür*1 çoxu, ...*bəngü -- əbədi
günbəgün saçırlar bənzərsiz qoxu.
Onları göynəyən yarama yaxıb
duyuram, çox dərdi siləcək bir gün.
Əkdiyim fidanlar hey ucalacaq,
budaqları türlü barla dolacaq,
Barı dadıldıqca hey çoxalacaq,
elin örtüsünə*2 dolacaq bir gün. ...* örtü -- süfrə
Necə ağrısam da duyulmamaqdan,
ögey rəftarlardan, sayılmamaqdan,
qorudum irzimi kirdən, yamaqdan,
umdum, haqq üzümə güləcək bir gün.
Güvənc yerim oldu biliklə zəhmət,
doğruluq, nəciblik, dözüm, dəyanət.
Bir ürək, bitirsə əbədi nemət,
sanma ki, o ürək öləcək bir gün --
onu daşıyanı, öyüdləyəni,
qəmdən sıxılanda, toxda, deyəni
oxuyub, anlayıb, sevib, bəyənib
el-oba yadına salacaq hər gün.
1.bənü -- əbədi. 2.örtü –süfrə.
Bakı -- 2000
Müəllif: Tələt Mərdi - Həqq
Paralel.az