Azərbaycan karateçisi beynəlxalq turnirin qalibi olub

Azərbaycan karateçisi beynəlxalq turnirin qalibi olub
 

Azərbaycanın karateçisi Asiman Qurbanlı "Belarus Open" 2024-ün qalibi olub.

Karate Federasiyasından Paralel.az a verilən məlumata görə, 84 kq dərəcəsində mübarizə aparan yığma üzvü beynəlxalq karate turnirində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Belarusun paytaxt Minskdə təşkil olunan yarış oktyabrın 20-nə qədər davam edəcək. İdmançının şəxsi məşqçisi Seymur Xudaverdiyevdir.

 

0.0076611042022705