Nağdlaşdırma zamanı niyə yüksək məbləğdə komissiya tələb olunur? - VİDEO
Nağdlaşdırma zamanı yüksək məbləğdə komissiya tələb olunur.
Paralel.az Xəzər TV-yə istinadən bildirir ki, söhbət bankomatlardan pul çəkərkən tutulan komissiyalardan gedir.
Belə ki, əgər hər hansısa banka məxsus plastik kartla digər bankın bankomatından nağdlaşdırma aparılırsa bu zaman çəkilən məbləğin müəyyən faizi komissiya haqqı kimi tutulur. Tutulan pul isə ümumi məbləğə görə dəyişir. Nağdlaşdırılan hər 100 manata görə 5, 6 bəzən daha çox miqdarda komissiya haqqı tutulur.
İqtisdaçı ekspert Fuad İbrahimov deyir ki, bankların nağdlaşdırma zamanı yüksək komissiya tətbiq etməsi əsasən nağdsız ödənişdən istifadəni artırmaq funksiyası daşıyır. Ancaq nəzərə alsaq ki, nağd ödənişin tələb edildiyi yerlər də kifayət qədər çoxdur, deməli bu məsələdə müəyyən tənzimləmələrin edilməsinə ehtiyac var.
Ekspertin sözlərinə görə, xüsusən bankomatların az quraşdırıldığı ərazilərdə yaşayanlar bu problemdən daha çox əziyyət çəkirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: