“Prezident olsam, Baydenin prezidentlik kursunu davam etdirməyəcəyəm” - Harris
15:05 17-10-2024 11206
ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından ən yüksək dövlət idarəsinə namizəd Kamala Harris noyabrda keçiriləcək seçkidə qalib gələcəyi təqdirdə, Co Baydenin prezidentlik kursunu davam etdirməyəcəyini bildirib.
AzFakt.com xəbər verir ki, o bu barədə “Fox News” telekanalına müsahibəsində qeyd edib. “Mənim prezidentliyim Co Baydenin prezidentliyinin davamı olmayacaq və vəzifəyə gələn hər hansı digər prezident kimi mən də öz həyatımı, peşəkar təcrübəmi və yeni ideyalarımı gətirəcəyəm”, - Harris bildirib. O, Baydendən fərqli olaraq, karyerasının çoxunun Vaşinqtonda olmadığını izah edib. Vitse-prezident həmçinin özünü “yeni liderlər nəslinin” bir hissəsi hesab etdiyini bildirib.