“Azərenerji” ASC-nin sədri Balababa Rzayev dövlətə 2 milyarddan çox zərər vurub...
“Azərenerji” ASC-nin sədri “Azərenerji” ASC-nin sədri Balababa Rzayev Azərbaycan hökumətində şiddətli töhmət almış yüksək çinli yeganə məmurdur. Bu cəza Əmək Məcəlləsinin 186 maddəsində nəzərdə tutulub, əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinin növlərindən biridir.
Məcəllədə qeyd olunub: İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:
a) töhmət vermək;
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;
ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
Baş nazir Əli Əsədovun məlum sərəncamından belə məlum olur ki, B.Rzayevə Məcəlləsinin 186-cı maddəsinin (b) bəndi – sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunub. “Azərenerji” ASC prezidentinin suçunun nədən ibarət olması sadə oxucular üçün o qədər də aydın deyil. Sərəncamda qeyd olunur ki, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə Balababa Rzayevə şiddətli töhmət elan edilib.
Sənəddə sözügedən yanacaq-enerji balansından qazdan istifadə limiti, onun pozulması nə deməkdir, onu daha sonra mütəxəssisin köməyi ilə izah edəcəyik. Əvvəlcə ASC-nin B. Rzayevin prezident təyin olunduğu və ondan əvvəlki dövrdə maliyyə vəziyyəti, gəlirləri, öhdəlikləri barədə məlumatlara göz atmağa ehtiyac var.
Azərbaycanda elektrik enerjisinin istehsalı və topdan satışı ilə məşğul “Azərenerji” ASC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 1-ci yerdə durur. Qurum ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsinin, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarının, yarımstansiyaların, sistemtəşkiledici yüksək gərginlikli – 110, 220, 330, 500 kilovoltuq elektrik verilişi xətlərinin və onların dispetçer idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirir.
ASC-nin açıqladığı maliyyə hesabatına görə, 2023-cü ili 175,1 milyon manat xalis mənfəətlə bitirib. Həmin ilin yanvar-oktyabr aylarında "Azərenerji" 347,3 milyon dollar dəyərində məhsul ixrac edib. Bu, 2022-ci ilə nisbətən 60% və ya 261,4 milyon manat azdır.
Dövlət şirkəti 2022-ci il üzrə 436,5 milyon manat xalis mənfəət açıqlamışdı. Xalis mənfəətin azalması enerji satışından gəlirin düşməsi və əməliyyat xərclərinin artması ilə əlaqələndirilir. Belə ki, şirkətin enerji satışından gəlirləri 2022-ci ildə 1 milyard 840,6 milyon manat olduğu halda, 2023-cü ildə 1 milyard 685,3 milyon manata enib. Yəni satış gəlirləri 155,3 milyon manat azalıb.
“Azərenerji"nin ümumilikdə əməliyyat xərcləri isə 2022-ci ildəki 1,4 milyard manatdan 2023-cü ildə 1 milyard 447,3 milyon manata yüksəlib.
Bundan başqa, ASC-nin açıqladığı rəqəmlərə əsasən 2023-cü ilin sonunda “Azərenerji"də 1 milyard 994,4 milyon manat yığılmış zərər olub. 2022-ci ilin sonunda yığılmış zərər isə 2 milyard 164,7 milyon manat idi. Qeyd olunur ki, dövlət şirkətinin cəmi aktivləri 31 dekabr 2023-cü il tarixinə 17,5% artaraq, 5 milyard 313,9 milyon manata çatıb. Bu dövrdə ASC-nin kredit borcu 8% artaraq, 1 milyard 266 milyon manat olub.
Ötən ilin sonunda “Azərenerji"nin 1 milyard 266 milyon 16 min manat kredit borcu olub (2022-ci ilin sonunda 1 milyard 172 milyon 998 min manat).
Qeyd edək ki, 2023-cü ildə ASC-nin ən iri elektrik stansiyası “Azərbaycan” İES-in də gəlirləri kəskin azalıb. Belə ki, şirkətin xalis zərəri 2.32 milyon manat təşkil edib. Qurum 2022-ci ildə bundan 2 dəfəyə qədər çox - 4.33 milyon manat xalis mənfəət əldə etmişdi. Hesabata görə, şirkətin enerji satışından əldə etdiyi gəlir 239.86 milyon manat olmaqla, öncəki ildən 12.24 milyon manat az və ya 4.86% az olub.
“Azərbaycan” İES-in yanacaq xərcləri 2023-cü ildə 175.28 milyon manat olub ki, bu da 2022-ci ildəki 171.07 milyon manatı 4.21 milyon manat və ya 2.46% üstələyir. Amortizasiya xərcləri 2023-cü ildə 1.83% artımla 46.77 milyon manat, təmir və texniki xidmət xərcləri 55% azalaraq, 2023-cü ildə 3.60 milyon manat, işçi heyətinin saxlanılması xərcləri 12% artaraq, 7.65 milyon manat olub.
Zərərdən sonra bölüşdürülməmiş mənfəət 2023-cü ildə 88.79 milyon manatdan 86.63 milyon manata düşüb. Hesabata əsasən, şirkətin ümumi aktivləri 2023-cü ildə 79.37 milyon manat və ya 12.69% artaraq 704.84 milyon manat təşkil edib.
Rəqəmlərdən də görünür ki, Baş nazir Əli Əsədovun “Azərenerji” prezidentinin fəaliyyətindən narazı qalması üçün kifayət qədər əsaslar var: gəlir azalıb, zərər 2 milyardı keçib, kredit borcları artıb və s. Müstəqil audit yoxlaması mənfi tendensiyanın obyektiv səbəblərlə, yoxsa, yarıtmaz idarəçiliklə bağlı olduğunu müəyyənləşdirə bilər.
Şiddətli töhmətlə bağlı sərəncamda qeyd olunan məqamlara gəlincə, enerji sektoru üzrə mütəxəssis İlham Şaban Pressklub.az-a şərhində deyib ki, ümumiyyətlə hökumətin fəaliyyətində şəffaflıq problemləri var.
Ekspert aydınlaşdırıb ki, hər bir ölkədə dekabr ayında növbəti il üçün enerji balansı hökumət tərəfindən təsdiqlənir. Onun sözlərinə görə, bu, əslində kommersiya sirri hesab olunan sənəd deyil, hava şəraitindən asılı olaraq hər rüb ona dəyişikliklər edilir. İ.Şaban xatırladır ki, Gürcüstan, Ukrayna, Rusiya, Avropa ölkələri bu sənədi ictimaiyyət üçün dərc edirlər. “Azərbaycanda isə bu sənəd şirkətlər üçün olmasa da, ictimaiyyət üçün gizlidir. Baş nazir Əli Əsədov bu sənədi imzalayıb, amma bir kəs demir ki, “Azərenerji” bu qədər qaz alıb, bu qədər də enerji istehsal etməlidir. Azərbaycan hökuməti bunu açıq şəraitdə niyə etmir ki? Hamı bilməli idi ki, “Azərenerji” bu qədər qaz almaqla normativləri keçib, ya yox? Birdən-birə töhmət məsələsi ortaya çıxır”, - o vurğulayır.
İlham Şaban qeyd edir ki, məlumatlar şəffaf olarsa, hansı sahədə problemlərin gözlənildiyi barədə ictimaiyyət əvvəldən məlumatlı olar: “Heç bir məlumat verilmir, birdən də deyirlər ki, filan obyektdə vəziyyət pisdir. Cəmiyyət haradan bilsin ki, doğrudan da pisdir, yoxsa yaxşıdır? Bunun üçün hökumətin imzaladığı sənədləri vaxtaşırı ictimaiyyətə açıqlamaq lazımdır”.
Ekspert vurğulayır ki, hökumət bilməlidir ki, rəqəmsallaşma, şəffaflıq bütün sahələrdə lazımdır. Belə olsa, hansısa bir qərar veriləndə cəmiyyətə əlavə izahat verməyə ehtiyac qalmaz.
Mövzu ilə bağlı əsas suallardan biri “Azərenerji” prezidentinin yol verdiyi qanunsuzluğun miqyasına, dövlət maraqlarına dəyən zərbəyə görə verilən “şiddətli töhmət” cəzasının nə qədər adekvat olmasıdır.
Hüquqşünas Hafiz Həsənov Pressklub.az-a şərhində bildirib ki, Balababa Rzayevə verilən şiddətli töhmətin onun yol verdiyi pozuntuya adekvat olub-olmamasını müəyyən etmək üçün onun "2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etmə" əməlinin detalları və bu əməlin təhülkəsizlik dərəcəsi barədə məlumatlar olmalıdır.
“İndiki halda ictimaiyyətə bu məlumatlar açıqlanmayıb. Ola bilər ki, burada inzibati və ya cinayət əməllərinin əlamətləri olsun. Ona görə də Balababa Rzayevə sərəncamda qeyd edilən əməlinə görə sadəcə intizam cəzası kimi şiddətli töhmət verilməsinin onun yol verdiyi qanun pozuntusuna adekvat olmasını demək çətindir”, -hüquqşünas vurğulayıb.
PRESSKLUB.az Azərbaycan hökumətində şiddətli töhmət almış yüksək çinli yeganə məmurdur. Bu cəza Əmək Məcəlləsinin 186 maddəsində nəzərdə tutulub, əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinin növlərindən biridir.
Məcəllədə qeyd olunub:
İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:

PRESSKLUB.az