Bayden Rusiya ilə danışmağa hazır olduğunu deyib

Bayden Rusiya ilə danışmağa hazır olduğunu deyib
 

ABŞ prezidenti Co Bayden Rusiya, Çin və Şimali Koreya ilə ilkin şərt olmadan nüvə silahı ilə bağlı danışıqlara hazır olduğunu bildirib.

Paralel.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin Xirosima və Naqasakinin bombalanmasından sağ çıxanları Nobel mükafatı almaları münasibətilə təbrik məktubunda deyilir. 

“ABŞ nüvə təhlükəsini azaltmaq üçün ilkin şərt olmadan Rusiya, Çin və Şimali Koreya ilə danışıqlara hazırdır. Nüvə arsenallarının azaldılması istiqamətində irəliləyişi ləngitmək nə bizim ölkələrimizə, nə də dünya üçün faydalıdır. Nüvə təhlükəsinin azaldılması, müasir dünyanın təhlükələrinə baxmayaraq deyil, məhz onlara görə vacibdir”, - məktubda deyilir.

 

 

0.017327070236206