Daha bir cüdoçumuz bürünc medal qazandı
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan “Böyük Dəbilqə” turnirinin sonuncu günündə bürünc medal qazanıb.
“Paralel.az ” xəbər verir ki, bu barədə Cüdo Federasiyasının mətbuat xidməti məlumat paylaşıb.
İdmançı Macarıstan təmsilçisi Peter Safraniyə qalib gələrək bürünc medala yiyələnib.
Qeyd edək ki, daha öncə Zelim Tçkayev (81 kq) qızıl medal qazanıb. Acelya Toprak (57 kq) isə bürünc medal əldə edib.