Aysel Alizada : - Anan Kamalə Abiyevadırsa…

Aysel Alizada : - Anan Kamalə Abiyevadırsa…
 

“Müəllim uşağı” olanlar bilir. Çoxqatlı məsuliyyət, öhdəlikdi. Bir də anan Kamalə Abiyevadırsa… “Ən” olmalısan, başqa seçimin yoxdur. Kamalə xanım 45 ilin fizika müəllimidi, ədəbiyyatı onun zəngin kitabxanası və çox mütləqdir ki, ədəbiyyat müəllimələrim Məsmə xanım, Tahirə xanım sayəsində sevsəm də, anam mənə fizikanı da sevdirmişdi. Yalnız mənə deyil, sinifdə heç oxumayan şagirdlər belə fizikadan təriflər bilirdi. Qəliz dərslik dilini çeynəyib-çeynəyib rahat udulacaq hala salıb şagirdlərinə ötürürdü. İllərdi belə mesajlar alıram: Sevimli müəlliməmin qızı… Şagirdlərinə psixoloq idi, arxadaş idi, böyük hərflə Öyrədən-öyrətmən idi. Onlardan birinin bu gün təbrik mesajı belə başlayırdı: Həyat müəllliməm!

Buna baxmayaraq, içində nisgil olub: ədəbiyyata getmədiyi üçün ömrü boyu peşmanlıq duyğusu yaşayıb. Anam bəlkə özü hiss etməyib, onu bu nisgildən peşəsinə - pedaqoqluğa olan sonsuz sevgisi qurtarıb. Nənəm də müəllim idi - fizik alim. Riyaziyyat, kimya nənəm üçün bir udumluq su kimiydi.

0.012727975845337