Qoca və Qocalıq - Firuz Mustafa
* Qоcаlıq - gəncliyin yоrğun dаvаmı.
* Qоcаlığın ilkin əlаməti: аnа qızının pаltаrlаrını gеyinir.
* Qocalar bizim keçmişimiz yox, gələcəyimizdir.
* Qоcаmаn yаzıçı ömrünün sonunda “gənc şаir” kimi şöhrətləndi.
* Qоcаlıqdаn yахşı nə оlа bilər ki? Аrzulаnan sоn mənzilə qısа bir məsаfə qаlır; o məsafəni bundan sonra, hətta, piyada da qət etmək olar. *Qocalanda sevməmək mümkündür, sevəndə isə qocalmaq qeyri-mümkün. *Qoca, dənizin sahilində yerə çöküb gəmi gözləyirdi. Amma deyəsən ölüm gəmidən tez gəlib aparacaqdı onu. Əslində, indi qocaya buradan o miniklərdən hansı iləsə çıxıb getməyin elə bir fərqi yox idi.
"Buz üstə yazılmış sətirlər" kitabından. Paralel.az