Dövlət qurumu ilə iş adamının oğlu arasında nə baş verib?

Dövlət qurumu ilə iş adamının oğlu arasında nə baş verib?
 

"Sədərək" Ticarət Mərkəzinin qanuni təmsilçisi Yunis Qədimbəylinin oğlu Elçin Qədimbəyli məhkəməyə verilib.

"Paralel.az""Qaynarinfo"ya istinadən xəbər verir ki, iddiaçı Əmlak Məsələləri üzrə Dövlət Komitəsidir.

Tərəflər arasındakı mübahisə predmeti icarə müqaviləsidir. İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. Günay Namazova iş üzrə hakim təyin edilib.

Yunis Qədimbəyli "Sədərək" Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin qardaşıdır

0.051498174667358