"Sanksiya siyasətinin mövcud olmağa haqqı yoxdur" - Prezident İlham Əliyev
Sanksiya siyasətinin, ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur, xüsusən də bu sanksiyalar qeyri-qanuni olduqda və tamamilə əsassız və selektiv şəkildə tətbiq edildikdə.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” kanalına Rusiyaya tətbiq edilən sanksiyalarla bağlı suala cavab verərkən bildirib.
“Ona görə də biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq və hesab edirəm ki, beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik”, - dövlət başçısı vurğulayıb.
İlham Əliyevin sözlərinə görə, Azərbaycan bununla bağlı öz mövqeyini açıqlayıb.
“Bizə 1992-ci ildə ərazilərimiz erməni işğalı altında olduğu halda Ermənistanı blokadaya aldığımız barədə uydurma ittihamla sanksiyalar tətbiq edilmişdi”, – deyə Prezident qeyd edib və əlavə edib ki, sanksiyalar 2001-ci ildə Birləşmiş Ştatların öz yüklərini Azərbaycan ərazisindən hava, quru və dəniz yolu ilə Əfqanıstana daşımaq lazım olduğu zaman ləğv edilib.
“Hər il Birləşmiş Ştatların Prezidenti, partiya mənsubiyyətindən asılı olmayaraq, bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. ABŞ Əfqanıstandan qaçanadək. Onları nankorluqda günahlandıranda hesab edirəm ki, bu, sözügedən kontekstdə istifadə edilə biləcək ən sərt söz deyil”, – ölkə lideri söyləyib.
Paralel.az